“Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
Fransanın paytaxtı Parisdə keçirilən 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən “Atəşkəsdən Davamlı Sülhə: İki Dövlətli Həllə Doğru” adlı paneldə çıxış edən İsrailin sabiq baş naziri Ehud Olmert Qəzza ilə bağlı diqqətçəkən açıqlama verib.
Olmert bəyan edib ki, Qəzzanı idarə edəcək yeni hökumət mütləq fələstinli olmalıdır
“Qəzza, Fələstinin bir parçasıdır. İsrailin bir parçası deyil,” – deyə o bildirib.
Sabiq Baş nazir əlavə edib ki, Fələstin xalqı üçün siyasi bir perspektiv və gələcək ümid yaradılmalıdır.
“Bunun üçün çalışmalı və buna nail olmağı istəməliyik”, – Olmert vurğulayıb.
Press-fakt
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















