"Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək - 5 ay Rusiya əsirliyində olub
UEFA Çempionlar Liqasının “Qarabağ” – “Çelsi” qarşılaşmasını idarə edəcək baş hakim Dmitri Kubriak diqqətçəkən keçmişi ilə fərqlənir.
Belə ki, o, Rusiya-Ukrayna müharibəsində iştirak etmiş və hərbi həkim kimi döyüş bölgəsində yaralılara tibbi yardım göstərib. Kubriak müharibəyə könüllü olaraq qoşulub, lakin bir müddət sonra rus qüvvələri tərəfindən əsir götürülüb. O, beş ay Rusiya əsirliyində saxlanıldıqdan sonra əsir mübadiləsi nəticəsində azadlığa buraxılıb.
Hazırda Kubriak futbol meydanına qayıdıb və “Qarabağ” – “Çelsi” matçına təyinat alıb. Ona yan xətdə Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcəklər, dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qarşılaşma noyabrın 5-də “Azərsun Arena”da baş tutacaq və saat 15:00-da start götürəcək.
Press-fakt
 
	 
	 
	





















 
							 
							 
							 
							