İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
Azərbaycanla sərhədin açılması iki ölkə münasibətlərində əsas məsələdir.
Bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
O qeyd edib ki, İran və Azərbaycan arasında sərhədin yenidən açılması mövzusu iki ölkə münasibətlərində əsas müzakirə mövzularından biri olaraq qalır.
Nazirin sözlərinə görə, son bir il ərzində həm İran, həm də Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdə bu məsələ dəfələrlə gündəmə gətirilib. O, həmçinin qeyd edib ki, Azərbaycan xarici işlər naziri ilə aparılan danışıqlarda da sərhədlərin bağlı qalması məsələsi mütəmadi şəkildə müzakirə olunub.
“Azərbaycan tərəfi bütün sərhədlərin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını bildirib. Lakin məsələni yenidən nəzərdən keçirəcəyinə dair vəd verib. Hazırda biz Bakının bu məsələyə dair cavabını gözləyirik. Sərhədin açılması İran-Azərbaycan münasibətlərində prioritet məsələlərdən biridir,” – deyə Abbas Əraqçı vurğulayıb.
Press-fakt
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							