Dünya liderlərinin ilginc keçmişi: dondurma satan, təmizlikçi, sürücü…- ADLAR
Dünya liderlərinin keçmiş işləri məlum olub.
Press-fakt xəbər verir ki, bununla bağlı Türkiyənin “Haber 7” nəşri maraqlı siyahı hazırlayıb.
Həmin siyahını təqdim edirik:
1. Saddam Hüseyn (İraqın keçmiş prezidenti)
Əvvəlki işi: Siyasi fəal və Baas Partiyası üzvü; gənc yaşlarından etibarən partiyanın kadr siyasətində iştirak edib, ordu və siyasi strukturlarda yüksəlib.
2. Si Cinpin (Çin sədri)
Əvvəlki işi: Partiya funksioneri, gənclik dövründə kənd işçisi
3. Bəşər Əsəd (Suriyanın keçmiş prezidenti)
Əvvəlki işi: Oftalmoloq (göz həkimi); bu sahə üzrə təhsil alıb və bir müddət peşəkar fəaliyyət göstərib.
4. Boris Conson (Böyük Britaniyanın sabiq baş naziri)
Əvvəlki işi: Jurnalist, yazıçı və siyasətçi
5. Papa Fransisk (əvvəlki Roma Papası)
Əvvəlki işi: Gecə klubu mühafizəçisi
6. Nikolas Maduro (Venesuela prezidenti)
Əvvəlki işi: Avtobus şoferi
7. Nikolas Sarkozi (Fransanın sabiq prezidenti)
Əvvəlki işi: Təmizlikçi
8. Emmanuel Makron (Fransa prezidenti)
Əvvəlki işi: Bankir, maliyyə meneceri
9. Donald Tramp (ABŞ Prezidenti)
Əvvəlki işi: Biznesmen, boş şüşə qab yığıcısı
10. Narendra Modi (Hindistanın baş naziri)
Əvvəlki işi: Çay satıcısı
11. Barak Obama (ABŞ-ın keçmiş prezidenti)
Əvvəlki işi: Dondurma satıcısı
12. Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti)
Əvvəlki işi: Simit, limon satıcısı, futbolçu
13. Volodimir Zelenski (Ukrayna prezidenti)
Əvvəlki işi: Aktyor
14. Vladimir Putin (Rusiya prezidenti)
Əvvəlki işi: KQB agenti (Sovet İttifaqı kəşfiyyat xidməti), hüquqşünas





















