"Qarabağ" 1 milyard avroluq kluba qarşı - "Çelsi"ni məğlub etmək mümkündürmü?
Azərbaycan çempionu “Qarabağ” sabah Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin köklü klublarından “Çelsi” ilə qarşılaşacaq.
“Çelsi” üçün Bakı yad məkan deyil. London təmsilçisi 2019-cu ildə burada keçirilən Avropa Liqasının finalında “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı. Həmçinin komanda 2017/18 mövsümündə “Qarabağ”a qarşı iki oyunda da qələbə qazanmışdı.
Hazırda hər iki komanda qrupda eyni xala malikdir. “Qarabağ” ilk turda “Benfika” üzərində 3:2 hesablı qələbə qazanaraq sensasiya yaradıb, daha sonra “Kopenhagen”i məğlub edib, yalnız “Atletik Bilbao”ya uduzub.
“Çelsi” isə son turlarda uğurlu çıxışı ilə diqqət çəkir. Komanda son oyunda “Tottenhem”ə qalib gəlib və Almaniyada aldığı məğlubiyyətdən sonra “Benfika” və “Ayaks” üzərində qələbələrlə formaya qayıdıb.
Proqnozlara görə, “Çelsi”nin qalib gəlmə ehtimalı təxminən 73%-dir. “Qarabağ”ın qələbə şansı 13%, heç-heçə ehtimalı isə 14% təşkil edir. Ekspertər hesab edirlər ki, görüş 2-1 və ya 3-1 “Çelsi”nin xeyrinə yükunlaşacaq.
"Transfermarket" məlumatına görə, "Çelsi" klubunun heyət dəyəri 1,14 milyard avro, "Qarabağ"-ın isə 24,83 milyon avrodur.
Görüş 5 noyabrda, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Press-fakt






















