Daha bir SENSASİYA: “Qarabağ”dan “Çelsi” ilə oyunda QƏLƏBƏ KİMİ HEÇ-HEÇƏ
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxır.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edir.
"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
Bu gün isə "Köhlən atlar" dünyaca məşhur "Çelsi" ilə oyunda qələbəyə bərabər heç-heçə (2:2) etdi. Bununla da "Qarabağ" bütün Avropada daha bir sensasiyaya imza atmış oldu.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) 2:2
Qol: Estevao, 17 (0:1), Leandro Andrade, 29 (1:1), Marko Yankoviç, 39 pen. (2:1), Alexandro Qarnaç, 53 (2:2)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu
Press-fakt






















