İstanbul prokurorluğu CHP sədrinə qarşı təhqiqata başlayıb

İstanbul Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı təhqiqata başlayıb.
Press-fakt bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və dövlət məmurunu təhqir ittihamı ilə CHP sədri barəsində təhqiqat başladılıb.
Məlumata görə, Özel partiyasının təşkil etdiyi mitinqdə Türkiyə liderinə və məhkəmə sistemi nümayəndələrini hədəf alan açıqlamalar verib.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















