Ermənistana gətirilən buğda yem üçündür, şikayət etməyin - Xaçatryan

Qazaxıstandan Ermənistana idxal edilən buğda əsasən yem istehsalı üçün istifadə yararlıdır.
Press-fakt xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Artur Xaçatryan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Qazaxıstandan Ermənistana idxal edilən buğda 4-cü dərəcəlidir. "Bu, ilk növbədə heyvan yemi üçün istifadə olunur. Odur ki, sabah çörəyiniz dadlı olmasa, o zaman çox şikayətlənməyin. Yüksək keyfiyyətli buğda bahadır, nəqliyyat xərclərini də əlavə etsəniz, onda çörəyin qiyməti indikində çox baha olar", - o qeyd edib.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş:




















