83 illik evliliklə dünya rekordu qırdılar: “Sirrimiz sadəcə sevməkdir”

Miami, ABŞ - 107 yaşlı Eleanor Gittens və 108 yaşlı Lyle Gittens, 83 illik evlilikləri ilə dünyanın ən uzun ömürlü evli çifti olaraq rekord qırdı.
Xarici KİV xəbər verir ki, cütlük 1941-ci ildə Clark Atlanta Universitetində keçirilən bir basketbol oyununda tanış olub. O zaman oyunçu olan Lyle, illər sonra universitetin basketbol şərəf siyahısına daxil edilib. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl, Lyle orduda xidmət etməzdən əvvəl, 4 iyun 1942-ci ildə evləniblər.
Uzun illər birlikdə qalmaqlarının sirrini soruşan sayt LongeviQuest-ə Eleanor “Biz bir-birimizi sevirik” cavabını verib. Lyle isə sadəcə “Eşimi sevirəm” deyə əlavə edib.
LongeviQuest-in qlobal təsdiq komissiyası cütlüyün 1942-ci il evlilik sənədini, ABŞ əhalisi qeydiyyatlarını və onilliklər boyu arxiv materiallarını nəzərdən keçirərək, Gittens cütlüyünün həqiqətən dünyanın ən uzun ömürlü evli çifti olduğunu təsdiqləyib.
Press-fakt




















