“Baron Eyvaz” və mütəşəkkil dəstəsinin ağılasığmaz əməlləri –
Təfərrüat /Foto
Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Məlumata görə, polis şöbəsi əməkdaşlarının rayonun Kortala kəndi ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan İsayev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin becərildiyi ərazidə ümumi çəkisi 7 kiloqramdan artıq olan 54 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Balakən rayon polis şöbəsi əməkdaşlarının iyun ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə, X.Novruzov saxlanılıb.
“İş ortağı”nın tutulmasından sonra qorxuya düşən R.İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb.
R.İsayev isə həmin narkotik vasitəni yandırdığını bildirdikdə tərəflər arasında münaqişə yaranıb və ona ölümlə hədə-qorxu gəliblər.
R.İsayevin ailəsi məsələyə qarışdıqdan sonra həmin şəxslər qorxuya düşərək ərazidən uzaqlaşıblar.
Faktla bağlı Balakən rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.