Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Yeni milli təhlükəsizlik strategiyası Konqresə təqdim edilib - ABŞ RESPUBLİKAÇILARI ÇİN, RUSİYA VƏ İRANI HƏDƏFƏ GÖTÜRÜRLƏR /Tam mətn
  • Sanna Marindən əvvəl Benazir Bhutto, Xalidə Ziya və Tansu Çillər… – FİNLANDİYANI QADIN CƏNNƏTİ SAYMAQ OLARMI?
  • KARİB HÖVZƏSİ: Türk toponimləri, açılmayan sirlər və ehtimallar
  • “İRƏVAN ERMƏNİLƏRƏ NİYƏ GÜZƏŞTƏ GEDİLDİ?” – Professor Solmaz Rüstəmova yazır
  • İslam ölkələrinin mədəniyyət müharibəsi: TÜRKİYƏ PAKİSTANDA YUMŞAQ GÜCÜNÜ NECƏ YARADIR?

    • Tarix: 8-09-2020, 19:06


    Fatimə Bhutto
    “Foreign Policy”, 05.09.2020
     
    Türkiyənin məşhur televiziya serialı “Diriliş: Ertuğrul”-un 27 yaşlı ulduzu Esra Bilgiç “İnstaqram” səhifəsində bleyzer və büstqalterli şəklini yerləşdirəndə, kollektiv şikayətlərin olacağı ağlına da gəlməzdi. Ərtoğrul Qazi ilə evli şahzadə Həlimə Xatun və nəhayət, Osmanlı İmperatorluğunun qurucusu Osmanın anası rolunu oynayan Bilgiç minlərlə şərh alıb, ancaq pərəstişkarlarının böyük hissəsinin “comment”-i mənfi olub. “Dünən axşam gördüyüm Həlimə Sultan haradadır?” – deyə bir şərhçi həmvətənlilərinin təəssüfünü təkrarlayaraq aktrisadan tövbə gözlədiyini qeyd edib. “Allah bu əməliniz barədə soruşanda, nə edəcəksiniz?.. Pakistandan sevgi ilə”.

    Türk “dizi”ləri – televiziya serialları dünya miqyasında yayılması baxımından ABŞ-dan sonra ikinci yerdədir. Türk dili fransız, ispan və Çin dilini qabaqlayaraq ən populyar dildir.

    2014-cü ildə çəkilişləri başlayan “Ərtoğrul” ilk olaraq “Netflix”-də populyar olub və o vaxtdan etibarən 72 ölkədə yayım lisenziyası alıb.
    Final seriya TRT-də yayımlandıqda, Osmanlının Konstantinopolu fəth etməsinin və Bizans İmparatorluğunun süqutunun ildönümündə, daha çox insan “YouTube”-da “Ərtoğrul”u axtarıb, “Game of Thrones” personajı Con Snoudan daha çox.

    Serialda XIII əsr Anadolusunda, Qayı tayfasına rəhbərlik edən Ərtoğrul bizanslılar, səlibçilər və monqollarla döyüşür. Bu, bütün Türkiyənin və müsəlman dünyasının xəyallarını və narahatlıqlarını canlandıran möhtəşəm bir dramdır.

    Engin Altan Düzyatanın canlandırdığı Ərtoğrul müsəlman dünyasının oğullarının heç vaxt alçaldılmadığı bir dövrdə yaşayır. Məhəmməd peyğəmbərin Allah kəlamını qəbul etməsindən təxminən 600 il keçib və İslamın hökmranlığı İberiyadan Hind çayına qədər genişlənib, Yer üzündə hömran olmağa hazırdır…

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şounun “millətin qəlbində taxt qurduğunu” bildirib və serialın coşğulu dəstəkçidir. Prodüser Kemal Tekden AKP üzvüdür, şounun yaradıcısı Mehmet Bozdağ da AKP üzv deyilsə də, onun açıq pərəstişkarıdır. Məhkəmənin Bizans kilsəsinin muzey statusunu ləğv etməsindən sonra Ərdoğan və kabinənin Ayasofyada ilk namazı qılmasından sonra o, “Səksən altı illik həsrət sona çatdı” tviti yazıb.

    Cənubi Afrika parlamentinin üzvü, Nelson Mandelanın nəvəsi çəkiliş meydançasınıa baş çəkib və Venesuela prezidenti Nikolas Maduro Qayı tayfası geyimində fotoşəkil çəkdirib. Bozdağ Maduronun serialdan təsirləndiyini, səfərdən sonra İslamı qəbul etməyi düşündüyünü iddia edib.

    Pakistan “Ərtoğrul” isteriyasında özünü itirən ilk ölkə deyil. Urdu, serialın ərəb, ispan və rus dillərindən sonra dublyaj edildiyi dördüncü dildir, lakin o, geniş geosiyasi təsirlərə malikdir. Pakistan və Türkiyə uzun müddətdir bir-birlərinə hörmət bəsləyir və bir-birini “qardaş ölkələr” adlandırırlar. 1947-ci ildə qurulduqdan sonra Türkiyə Pakistanı tanıyan və BMT üzv olması üçün lobbi fəaliyyəti göstərən ilk ölkələrdən biri idi.

    Müstəqilliyindən əvvəl də Osmanlıya dəstək olaraq 1919-1922-ci illərdəki Xilafət Hərəkatı altında birləşib. Xilafət – qlobal müsəlman birliyinin simvolu idi və Mustafa Kamal Atatürk son sultan olan VI Mehmedi taxtdan saldıqdan sonra hərəkat dağılsa da, Hindistan yarımadası müsəlmanları son dövrədək imperatorluğa maddi yardım göndəriblər.

    Asiya qitəsi məzhəb çəkişmələri, dini ekstremizm və geosiyasi dəyişikliklərlə mübarizə apararkən, Səudiyyə Ərəbistanının İranla rəqabəti və dünyəvi köklərindən uzaqlaşaraq hindu majoritarizminə doğru gedən Narendra Modinin Hindistanı və yüksələn Çin təsirinə məruz qalan Pakistan Səudiyyə vəhhabiliyinin daha sərt alternativindən uzaqlaşaraq İslamda özünəməxsus markası olan Türkiyəyə yaxınlaşır.

    İkitərəfli münasibətlər siyasi, hərbi və iqtisadi əlaqələrə yönəlsə də, bu gün Pakistan və Türkiyə mədəni əlaqələrini dərinləşdirir. “Ərtoğrul”un Pakistandakı populyarlığı təsadüfi deyil. “Mühteşem Yüzyıl” və “Ask-i Memnu” da böyük hitlər idi. Amma sonuncu serialın finalını 55 milyondan çox insan izləyib – bu ölkə əhalisinin təxminən dörddə biridir. Pakistan tarixində ilk dəfə idi ki, xarici bir film bu qədər yüksək baxış rəqəmi yığırdı.
    Əvvəlki “dizi”lərdən fərqli olaraq, “Ərtoğrul”un populyarlığı daha dərin bir siyasi əhəmiyyətə malikdir. Bütün standart səbəblərdən o, tamaşaçıların xoşuna gəlir.

    “TRT World”-un pakistanlı icraçı prodüseri Şəhriyar Mirzə bildirib: “Bu gün Pakistanın mədəni həyatında Qərb daha böyük əhəmiyyətə malikdir. Ölkə Türkiyə, İran, Səudiyyə Ərəbistanı və başqaları arasındakı siyasi mübarizə meydanında yerləşir. Pakistan qırılma xəttidir… Doğulduğu gündən bu günə qədər çılpaq şəkildə fərqli istiqamətlərə yönəlib”.

    Pakistan “Ərtoğrul”un “YouTube”-dakı qlobal auditoriyasının 25 faizini təşkil edir. PTV baş nazir İmran Xanın tələbindən sonra “Ərtoğrul”un ilk mövsümünü Ramazan ayında yayımlamağa başlayıb. Xan çıxışlarında və moizələrində şoudan tez-tez bəhs edir. Bu yaxınlarda o, Hollivud və Bollivud vasitəsilə Pakistana sirayət edən “üçüncü mədəniyyət”i tənqid edib. “Romantik və tarixi mədəniyyətimiz var. Bununla birlikdə, o, İslami dəyərlərlə də doludur”.

    TRT “Ərtoğrul”u Pakistana lisenziyasız olaraq hədiyyə edib; bu, daha çox nəticəsi olan bir jest idi.

    May ayının son həftəsində PTV “YouTube”-un dünyada ən çox izlənilən 33-cü kanalı idi. Şəhriyar Mirzə türklərin Pakistanın sevgisini qazanmasının mədəni bir hədəf olması fikri ilə razılaşmır, “amma əvvəllər olmasa da, yəqin ki, indi elədir”, – deyir. “Ərtoğrul”un yaradıcısı və ssenari müəllifi olan Bozdağ ölkələrin ayrı-ayrı sərhədləri olsa belə, “ruhlarının bir millət olduğunu” qeyd edərək, Pakistanla Türkiyə arasında “dünyanı sarsıdan müqavilələr” vəd edib.

    “Mən bunu Hollivud və ya Bollivud, ya da İslama nifrət edən birisi üçün etmirəm. İslam sənətini və İslam dünyasını yenidən tanıtmalıyıq, çünki bu mədəniyyət və tarix Tac Mahaldan Əlhambraya qədər yayılıb. Bu gün bütün dünyaya İslamın gözəl simasını tanıtmalıyıq”.

    Tezcırnayan Ərdoğan evdə mübahisə doğura bilər, amma xaricdə, kim onu bəyənsə də, yaxud nifrət etsə də, on illərdir müsəlman dünyasında mövcud olmayan harizmaya sahibdir. Səudiyyə Ərəbistanını kənarlaşdıraraq, o, sünni müsəlmanların lideri olaraq Türkiyəni tarixi roluna qaytarmaq istəyir.
    Axı məhz VI Mehmedin taxtdan salınmasından sonra Səud Evi Məkkə və Mədinədəki iki müqəddəs məscidə qəyyumluq etməyə başlayıb. Osmanlı İmperiyası bir vaxtlar iki məscidin qəyyumu və dolayısı ilə 400 il İslam ümmətinin faktiki lideri idi – bu, Ərdoğanın geri qaytarmağa çalışdığı mövqedir.

    Avqust ayında, Səudiyyə Ərəbistanının əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirlikləri İsrailin tanıdığını elan etdikdə, Ərdoğan diplomatik əlaqələri kəsəcəyini və Türkiyənin Əbu-Dabidəki səfirini geri çağıracağını bildirib. Fevral ayında Pakistan parlamentində çıxış edərkən, o, Hindistan baş naziri Narendra Modinin Kəşmiri mühasirəyə almaqda ittihamlayıb.
    “Gelibolu ilə Kəşmir arasında heç bir fərq yoxdur”, – deyən Ərdoğan kəşmirlilərin mübarizəsini Osmanlı İmperiyasının Birinci Dünya müharibəsi dövründə Müttəfiq güclərə qarşı mübarizəsi ilə müqayisə edərək gurultulu alqışlar qazanıb.

    Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı qarışıdurma çoxsaylı cəbhələrdə gedir və Pakistan özünü tamamilə ortada görüb. Pakistanın Türkiyəyə olan sevgisinə baxmayaraq, jurnalist Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə Konsulluğunda öldürülərək parçalanmasından sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qarşılayan ilk ölkə olub. İmran Xan vəliəhdi qızılı arabaya oturdub.

    Avqust ayında, Hindistan Kəşmirində internetin kəsilməsi ilə bağlı Xan hökuməti Səudiyyə Ərəbistanını Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəkləməyə çağırıb, əks təqdirdə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər dövlətlərdən dəstək istəməyə məcbur olacağını bildirib. Riyadın cavabı sürətli olub:
    İslamabaddan neft tədarükü üçün 1 milyard dollar borcunu ödəməsini tələb edib və Pakistanın iqtisadi baxımdan nə qədər asılı olduğunu aydınlaşdıraraq iki ölkə arasındakı kredit və neft təchizatı müqavilələrinin icrasını dayandırıb.

    Səudiyyə Ərəbistanının Pakistandan “Ərtoğrul”un yayımını dayandırmaq tələbi barədə şayiələr var. BƏƏ və Səudiyyə Ərəbistanı ortaq bir istehsalla Osmanlı İmperiyasına qarşı ərəb müqavimətinin nümayiş olunduğu, ingilis rejissoru Peter Vebberin çəkdiyi “Od Krallığı” filmi üçün 40 milyon dollar xərcləyib. Bu, Türkiyənin mədəni neo-Osmançılığına qarşı bahalı bir xilasetmə kəməri idi, ancaq açıq-aşkar uğursuz olub; deyəsən, ona heç kim baxmır.

    Pakistan da müsəlman dünyasının lideri olmaq istərdi, amma korrupsiyalaşmış hökumətlər, təcrübəsiz qurumlar və terrorizmin özünü zəiflətdiyini görür. Bir çox bəlalardan başqa, sonda hansı baş nazirin vəzifəsində olmasından və insanların nə istədiyindən asılı olmayaraq, ölkənin aqibəti hərbi quruluşa bağlıdır. Bu ölkə Beynəlxalq Valyuta Fondunun alçaldıcı kreditləri və ABŞ-ın köməyindən asılı olduğundan Xanın Pakistanı Türkiyə və Malayziya modellərini təqlid edir. Xan Malayziyanın keçmiş baş naziri Mahathir Mohammad ilə birlikdə Ərdoğanı şəxsi qəhrəmanı adlandırıb.

    Ancaq heyranlığını tez-tez elan etsə də, onların izi ilə gedə bilməyəcəyi aydındır. 2019-da BMT Baş Assambleyasının iclasında Xan üç ölkənin birlikdə islamofobiya ilə mübarizə məqsədi daşıyan televiziya kanalı yaradacağını açıqlayıb. Ancaq bütün qardaşlıq bəyannamələrinə baxmayaraq, Xan 2019-cu ilin dekabrında Malayziyanın təşkil etdiyi müsəlman dünyası konfransında iştirakdan imtina edib.
    “Təəssüf ki, Pakistana çox yaxın olan dostlarımız konfransın ümməti parçalayacağı fikrində idilər”, – deyə Xan Səudiyyə Ərəbistanının adını çəkmədən eyham vurub. Ərdoğan kobud danışıb: “Təəssüf ki, Səudiyyə Ərəbistanının Pakistana təzyiq etdiyini görürük”.

    73 illik dövlətçiliyinə baxmayaraq, nə qədər modern və ya İslami olmalı olduğuna dair fikir birliyi yoxdur. Modernlik Qərbin ixracatı olaraq həm istənilir, həm də qorxulur və İslamın hansı versiyasını təqib edilməli olduğuna dair qeyri-müəyyənlik var – yarımadanın sufi İslamı və ya Səudiyyə vəhhabiliyinin dözülməz mühafizəkarlığı.

    “Ərtoğrul” iyul ayının sonundan etibarən Pakistan “Netflix”-də 1 nömrəli serial ola bilər, lakin “Dark Desire”, “The Kissing Booth” və Polşanın yumşaq pornosu “365 Days” beş, yeddi və səkkizinci yerləri tutur.

    Bu qarışıqlıq ən çox Pakistanın elitası arasında özünü göstərir. Ancaq Xanın siyasi bazasısının əsasını təşkil edən orta sinif pakistanlılar az parçalanıblar: onlar sadəcə müsəlman və qürurludurlar. Əksəriyyəti “Ərtoğrul”u öz İslam versiyası sayır. Odur ki, aktrisa Bilgiçin “Instagram” postu kimi, Ərtoğrul rolunu oynayan Düzyatanın arvadı ilə çəkdirdiyi fotoşəkildən sonra tənqidlər baş qaldırıb. Bir şərhçi yazıb: “Pakistanlılar səni sevir, lakin bu cür şəkillərə görə deyil”.

    Yumşaq güc yalnız arxasındakı gücün etibarlı olduğu halda işləyir. Türkiyə hökumətinin, əlbəttə ki, bir çox problemi var – Ərdoğan, yalnız bir nümunə gətirmək lazımdırsa, – mətbuat azadlığınə azaldıb, lakin Səudiyyə Ərəbistanı ilə müqayisədə, vəziyyət daha yaxşıdır. Axı türklər etiraz aksiyalarına qatıldığı üçün yeniyetmələri və ya konsulluqlarında jurnalistlərin başını kəsmirlər.

    Pakistanın seçiminə gəlincə, hələlik Səudiyyə Ərəbistanının ağır, lakin bacarıqsız səyləri, müsəlman dünyasının 21-ci əsr mədəniyyət müharibəsində Türkiyəni məğlub etməkdə uğurlu görünmür./tərcümə strateq.az-ındır.

    Oxunub: 1 377
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.