Bundestaq üzvü ermənilərin təxribatından danışdı:
“Azərbaycan Almaniya üçün cəlbedici ölkədir”
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Quttinq (Olav Gutting) bildirib.
“Azərbaycan Almaniya üçün daim maraq kəsb edən ölkə olub. Hesab edirəm ki, postpandemiya dövründə əlaqələr daha intensiv şəkil alacaq. Azərbaycan COVID-19-la mübarizə, insanların sağlamlığının və iqtisadiyyatın dayanıqlığının qorunması istiqamətində ciddi uğurlar əldə edib. Bu da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verə bilər”, - o bildirib.