Rusiyada 5 mindən çox yoluxma - son 24 saatda 94 pasiyent ölüb

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 449 nəfər artıb.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Son 24 saatda 94 pasiyent vəfat edib, 2 690 nəfər sağalıb. Ümumilikdə Rusiyada 1 062 811 nəfərdə koronavirus aşkarlanıb, 18 578 nəfər dünyasını dəyişib, 876 225 nəfər sağalıb. 168 008 pasiyent müalicə olunur.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: