Türkiyənin cənub-şərqində 5 RKK terrorçusu öldürüldü
Siirt əyalətinin cənub-şərqindəki Yıldırım ("Şimşək") əməliyyatının 11-ci mərhələsi çərçivəsində, çərşənbə günü aviasiyanın dəstəyi ilə beş terrorçu öldürülüb.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Twitter-də yazıb.
“Zərərsizləşdirilmiş RKK terrorçularının sayı bir həftə ərzində 29-a çatıb, 22-si öldürüldü, 5-i silahlarını yerə qoyub təslim oldu, 2-si tutuldu. Şanlı qəhrəmanlarımıza təşəkkür edirəm”, - deyə Soylu vurğulayıb.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: