Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
Yaponiyada SÜNİ İNTELLEKT SİYASİ PARTİYA LİDERİ OLACAQ - "France-Presse"
Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
Press-fakt.az
    
  • Yaponiya Trampın təklifini rədd etdi -
    Yaponiya Trampın təklifini rədd etdi - Çin və Hindistana qarşı gömrük rüsumlarını artırmayacaq
  • 
  • Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
    Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
  • 
  • "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
    "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
  • 
  • “Tanqo üçün iki nəfər lazımdır...”-
    “Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
  • 
  • İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
    İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
  • 
  • "Benfika" "QARABAĞ"a görə MƏŞQÇİSİNİ QOVDU - 
    "Benfika" "QARABAĞ"a görə MƏŞQÇİSİNİ QOVDU -  Mourinyo ilə razılığa gəlinib
  • 
  • Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi -
    Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"-
    "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"- Qurban Qurbanov
  • 
  • "Qarabağ" "Benfika"nı məğlub etdi - 
    "Qarabağ" "Benfika"nı məğlub etdi -  Böyük məbləğdə gəlir qazandı
  • 
  • Trampdan jurnalistə:
    Trampdan jurnalistə: Sakit ol, səs tonun xoşuma gəlmədi!
  • 
  • Trampdan Azərbaycanla bağlı MÜHÜM PAYLAŞIM
    Trampdan Azərbaycanla bağlı MÜHÜM PAYLAŞIM
  • 
  • “Gəmilərə hücum edilsə, CAVABI OLACAQ”-
    “Gəmilərə hücum edilsə, CAVABI OLACAQ”- 16 ölkədən İsrailə SƏRT MESAJ
  • 
  • Türk hərbi sənayesi Amerikaya ayaq açdı -
    Türk hərbi sənayesi Amerikaya ayaq açdı - Təsdiq
  • 
  • "BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var"-
    "BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var"- Quterreş
  • 
  • Ermənistan və Türkiyə tarixi körpünü bərpa edir
    Ermənistan və Türkiyə tarixi körpünü bərpa edir
  • 
  • Putin hərbi forma geyindi:
    Putin hərbi forma geyindi: Qərbə güc mesajı
  • 
  • Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib
    Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib
  • 
  • Hərbi təlimlərə CAVAB GECİKMƏDİ -
    Hərbi təlimlərə CAVAB GECİKMƏDİ - Polşa bu ölkə ilə SƏRHƏDİ BAĞLADI
  • 
  • ABŞ və Çin razılığa gəldi:
    ABŞ və Çin razılığa gəldi: Gərginlikdə kritik dönüş
  • 
  • İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI:
    İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “ƏLİ HƏSƏNOV KİMDİR Kİ?...” – Azər Həsrətdən maraqlı açıqlamalar (Müsahibə)
  • Araşdırmaçı Ramiz Abutalıbov: "Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • İsraildə yaşayan yazıçımız: "Rusiya mütləq dağılacaq, çünki..."

    • Tarix: 19-09-2020, 09:34



    İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynov kult.az-a müsahibə verib. Həmin müsahibəni oxucularımızın diqqətinə təqdim edirik.

    - Çingiz müəllim, səhhətiniz necədir?

    - Səhhətim yaşıma uyğundur. Səhhətimdən şikayətlənmək günah olardı.

    - “Məhəmməd Məmməd Məmiş” əsərinizin iki dildə orijinalı var. Bu roman əvvəlcə Azərbaycan dilində yazılmışdı, sonradan nəyə görə rus dilində də işləyəsi oldunuz?

    - Çünki onun Azərbaycan dilində olan variantının “əl-qolunu” tamamilə sındırdılar. Tam şəkildə, olduğu kimi çap olunmadı. Hətta mən özüm də Azərbaycan dilindəki variantı oxuya bilmədim. Sonradan üzərində dəfələrlə işlədim və ruscaya tərcümə elədim. Əslində, tərcümə deyil, rus dilində yazılmış orijinalıdır. Əsər tam variantda rus dilində çap olunub. “Məhəmməd Məmməd Məmiş”i rus dilində oxumayanlar çox şey itiriblər. Təəssüf ki, mənim iki əsərim iki orijinal dildə yaşayır. Onlardan biri də “Fətəli Fəthi”dir. Bu iki romanın arasında da çox böyük fərq var. Rusdilli orijinalı Azərbaycan dilindəki orijinalından daha həcmlidir.

    - Romanı sonradan genişləndirməyinizə səbəb nə idi?

    - Oxucuların, ənənələrin, dilin hökmünü nəzərə alaraq romanı genişləndirməli oldum. Rus dilində yazılan əsərlərimi Azərbaycan dilinə çevirməkdən qorxuram. Çünki təzə əsər yazmalı oluram. Rus dilini bilmədən mənim bu əsərlərim haqqında fikir formalaşdırmaq düzgün olmaz.

    - Eşitdiyimizə görə, təzə bir roman da bitirmisiniz. Adı nədir yeni romanınızın?

    - “Kəhər atı nallamaq”... Bu romanın nə “at”a, nə də “nallanmağa” dəxili var. Onu da deyim ki, əsər də nallanmazsa, yeriyə bilməz. Yeni romanımın əsas məkanı Rusiya və Azərbaycandır. Təəccüb doğura bilər ki, mən Azərbaycanda yaşamaya-yaşamaya belə bir roman yazmışam. Qəribədir (köks ötürür), mən hər gün Azərbaycandayam, Bakıdayam... Moskvada yaşayanda da elə bilirdim ki, hər günüm Bakıda keçir. Elə düşünürdüm ki, Bakıda olan bütün hadisələr mənim gözümün qarşısında baş verir.

    - Bir çoxları düşünür ki, Azərbaycandan şair və yazıçıların dünya ədəbiyyatına çıxa bilməməsinin əsas səbəbi dil problemidir. Siz necə düşünürsünüz?

    - Qətiyyən! Bu, dillə bağlı məsələ deyil! Azərbaycan ədəbiyyatında yasaq olunmuş mövzular var. Yazıçılar, şairlər yaza bilmirlər. Əsas səbəb budur. Hətta mənə elə gəlir ki, əsl yazıçı yazmaya bilməz. Bilmirəm, bəlkə də yanılıram. Amma mənə elə gəlir ki, 10 ildən sonra Azərbaycanda sandıq ədəbiyyatları açılacaq. Qələm Allah vergisidir, onu boş-boş şeylərə istifadə etmək yolverilməzdir, günahdır. Qələmi əlinə bir yazıçı kimi alırsansa, həqiqəti yazmalısan. İndiki məqamda həqiqəti yazmaq qətiyyən mümkün deyil. Belə bir şəraitdə sandıq ədəbiyyatı yaranır. Təkcə Azərbaycanı demirəm, elə Ermənistanın özündə də böyük ədəbiyyat yarana bilməz. Çünki onlarda da yasaq olunmuş mövzular çoxdur. Həmin mövzuları da bu cür yazmaq lazımdır, həqiqəti deməklə...
    Başqa cür yazmaq olmaz. Ermənilərdə də nifrət var. Nifrət isə sənəti, yazıçılığı öldürür. Nifrət şeytana, insanın öz-özünə ola bilər. Çünki hər insanın qəlbində iki qüvvə bir-biri ilə vuruşur. Onlardan biri ilahiyə bağlıdır, o biri iblisə. Bunların arasında daima mübarizə gedir. İnsan daima ilahi qüvvələrə yazı göndərməlidir. Onu müdafiə etməlidir.

    - Çingiz müəllim, biz bu 30 ildə Qarabağla bağlı həqiqətlər, münaqişə nəticəsində baş vermiş soyqırımlarla haqda sanballı əsər ortaya çıxara bilmədik. Amma ermənilər Hollivudda film çəkdilər...

    - Nədənsə bu münaqişədə dünya onları daha çox müdafiə edir. Bilmirəm, bəlkə də təbliğatın burada rolu çoxdur. Hələ mən bizim günahlarımızdan danışmaq istəmirəm. Burada bizim də günahlarımız çoxdur. Həqiqət ortadadır, bizim torpaqlarımızı zəbt ediblər. Mən açıq deyirəm, Şuşanı, Qarabağı işğal eləmək qeyri-mümkün idi. Deməli, içimizdə satqınlıq var.

    Ermənilər Qarabağ münaqişəsi zamanı rus muzdlularını cəlb etmək üçün nə qədər pul xərclədilər. Biz bunu bacarmadıq. Nefti, sərvəti, milyonları olan ölkə bunu bacara bilmədi. Ermənilər də, biz də dünya qarşısında döyüşkən deyilik. Əgər ruslar olmasaydı, ermənilər qətiyyən qələbə çala bilməzdilər.

    - İsraildən Azərbaycan, Qarabağ münaqişəsi necə görünür?

    - İsrail Azərbaycanın tərəfindədir. Türkiyə ilə İsrailin münasibətləri yaxşı deyil. Bəzən Türkiyənin acığına İsrail Ermənistanı müdafiə edir. Amma Qarabağ münaqişəsində İsrail Azərbaycanın tərəfindədir. Çünki həqiqətən də Azərbaycanın torpaqları işğal olunub. Ermənilərin Qarabağda çoxluq təşkil etməsinin səbəbi də hamıya məlumdur.
    Qriboyedova, çar sisteminə bağlı bir məsələdir. Amma biz bunu da sübut edə bilmirik. Bu həqiqətlər Qriboyedovun bütün yazılarında əks olunub. Biz bu kimi mənbələrdən, qaynaqlardan istifadə edə bilmirik. İndiki məqamda müharibəyə çağırış da məsuliyyətli işdir. Çünki müharibəyə çağıran - xalqı Rusiya ilə savaşa çağırır. Rusiya ilə müharibə aparmaq qeyri-mümkündür. Fikrimcə, danışıqlar da boş-boşuna aparılır.

    - Belə çıxır ki, biz ümidimizi Rusiyanın çöküşünə bağlamalıyıq?

    - Mən qəti əminəm ki, gec-tez Rusiya dağılacaq. Çünki Rusiyada dövlətçilik sənəti çox zəifdir. Rusiya öz-özünü çökdürür. Sovet İttifaqı da rus dövləti idi. Özü özünü məhv etdi. Rusiya da indi Sovet İttifaqının tutduğu yolla gedir. Gec-tez o da dağılacaq. Bizim Qarabağı qaytarmağımız da tarixi, qlobal şəraitə bağlıdır. Digər tərəfdən, İran da erməniləri müdafiə edir. Vəziyyət çox mürəkkəbdir. Fikrimcə, İran da gec-tez dağılacaq. 35 milyonluq azərbaycanlıya davam gətirə bilməyəcək.

    - Qayıdaq ədəbiyyat mövzusuna... İsraildən Azərbaycan ədəbiyyatı necə görünür?

    - İsraili Azərbaycan ədəbiyyatı maraqlandırmır. Məni “Azərbaycan-rus, israilli yazar” kimi təqdim edirlər. Mənim rusdilli kitablarımın İsraildə kifayət qədər oxucusu var. Mən bu cür təsəvvür etmirdim. Rus dilində çıxan yazılarım sovet dövründə daha çox digər respublikalarda yayılmışdı. Özbəkistanda, Estoniyada rusdilli İsrail yazıçıları mənim əsərlərimi oxuyurdular. O zaman hiss edirdilər ki, mən imperiyanın əleyhinə çıxıram. O vaxt mən Azərbaycanı Azərbaycan kimi yox, sosializmin bir parçası kimi tənqid edirdim. Bir sözlə, Azərbaycanın fövqündə mən ümumittifaq, ümumrusiyada olan mənfilikləri tənqid edirdim.

    - Sadaladıqlarınıza nəzərən sizi dissident adlandırmaq olarmı?

    - Nisbi şəkildə dissident adlandırmaq olardı. Çünki mən yazılarımı leqallaşdırmağa çalışmışam. Müxtəlif dil və üslub yolları axtarırdım. Rusiyada Azərbaycan senzurasından azad idim. Çünki Rusiyada çap etdirmək daha asan idi. Deyirdilər ki, mən Azərbaycan xalqını tənqid edirəm... Xeyr, mən o vaxt Azərbaycadakı sosializm qayda-qanunlarını tənqid edirdim. “Fətəli Fəthi” bu mənada tamamilə Azərbaycanın xeyrinə yazılmış bir romandır.
    Sovet sistemini, rus inqilabını Azərbaycana gətirən nə qədər azərbaycanlılar var idi. Rus gəmilərini buraxan, limanı açan mənim adaşım Çingiz İldırım olub. Amma Nərimanov barədə bunu demək çətindir. Çünki ziddiyyətli adam təsiri bağışlayır. Mürəkkəb şəxsiyyət idi. 1925-ci ildə oğlu Nəcəfə yazdığı məktubunda deyirdi ki, oğlum, sən böyüyəndə sosializm olmayacaq, çünki sosializm adı ilə biz başqa həyat, sistem qurmuşuq. Yəni sosializmə dəxli olmayan bir sistemdən bəhs edirdi. Hətta demişdi ki, Sovet İttifaqı çar imperiyasının davamıdır.

    - Təzə romanınızın məzmunu nədir?

    - Təzə romanımı oxusalar, çoxu məndən üz döndərəcək. Kimin üz döndərib-döndərməyəcəyindən asılı olmayaraq, mən həqiqəti yazmalıyam. Mən qələmimi sındıra bilmərəm. Qələm məni ilahiyə aparır. Qələm mənim deyil. Yoxsa mən də tərifləyib adlar, nişanlar, təqaüdlər alardım. Amma qələm mənim qələmim deyil, ilahinindir. Təzə romanımda mən iki qardaş ölkənin mahiyyətini, iç üzünü açıb göstərmişəm.

    - Hansı ölkələrin?

    - Mənim məkanlarım Azərbaycan və Rusiyadır. Çünki neçə onilliklər mən Rusiyada yaşamışam. Amma İsrail, Yerusəlim, Qüds çox qəribədir. İlahiyə ən yaxın yer bura hesab edilir. Bunu müsəlmanlar da, xristianlar da, yəhudilər də təsdiqləyir. Buna baxmayaraq, mən xalqıma, yurduma, elimə, ata-anama məhəbbət bəsləyirəm. Onlara bağlıyam. Həmin məhəbbət indi də durur. Məhəbbətsiz yazmaq qətiyyən mümkün deyil.

    - Çingiz müəllim, sizi nə ilə ağlatmaq olar?

    - Məni yalnız muğamla ağlatmaq mümkündür. Muğamı çox sevirəm. Doğma qardaşım Əlikram Hüseyov məşhur tarzən idi. Operada tar üzrə solist olaraq fəaliyyət göstərirdi. Atam da tar çalırdı. Uşaqlıqdan tara vurğun idim. Solaxay olduğum üçün tar çalmaq çətin gəlirdi.

    - Vətənlə bağlı daha çox nələri xatırlayırsınız?

    - İlk növbədə mehribanlığını. Azərbaycan xalqının mehribanlığı, “sənə qurban olaram” deməyini. Dilimizi... çox zəngin bir dilimiz var. Mənim ilk yazılarımdan ibarət Azərbaycan dilində beş kitabım çapdan çıxmışdı. Sonradan onu latın əlifbası ilə çap etdilər. Çox sağ olsunlar.

    - Çingiz müəllim, sosial şəbəkələri, medianı izləyirsiniz. Azərbaycandakı gənc yazıçı və şairlərdən kimlərin gələcəyinə ümidiniz varmı?

    - Bilirsən, mənə çox adam öz yazılarını göndərir. Özü də Azərbaycan dilində. Adları soruşursan, bu yaşda adlar yadımda qalmır, çox tez unuduram. Ona görə də ad çəkməyəcəm. Onu deyə bilərəm ki, Azərbaycan dili hazırda çox böyük inkişafdadır. Buraya şeir və nəsr dilini də aid edirəm. Dilimiz şeir və publisistika dilidir.
    Son dönəmlərdə Azərbayan dili o qədər inkişaf edib ki, hətta ayaqlaşmaq belə çətindir. Onu da nəzərə alın ki, Qüdsdə mən Azərbycan dilində heç kimlə danışmıram. Uzun müddətdir ki, ancaq özüm-özümlə söhbət edirəm. Mənim taleyim də belə alınıb. Ona görə də Azərbaycan dilində daha çox məktublaşıram.
    Çoxlu məktublar yazırlar. Amma bəzən məktublaşmağa da zamanım qalmır. Çünki yazılarımın üzərində işləyirəm. Artıq romanımı bitirmişəm. Günü sabah çap etmək olar. Hələ ki, çapını özüm saxlayıram. Səkkiz ildir bu romanın üzərində gəzişirəm. Mənim yazıçılıqla bağlı iki fikrim var; birini bayaq dedim ki, qələm Allahın hədiyyəsidir və həqiqəti yazmalısan. İkinci fikrim isə budur ki, özün üçün yazmalısan. Həyatı, insanı dərk etmək üçün qələmə sarılmalısan.

    - Niyə özün üçün?

    - Çünki başqaları üçün yazanda fikirləşirsən, düşünürsən ki, kiminsə xoşuna gələcək, bir başqası da bəyənməyəcək. Yazarkən heç kimi nəzərə almamalısan. Daha da dəqiqləşdirsək, yazdıqların heç kimə ünvanlanmamalıdır.

    - Çingiz müəllim, Əkrəm Əylislinin “Daş yuxular”ına və yazıçıya sərgilənən münasibətlə bağlı fikirlərinizi almaq istərdik...

    - Yazıçı ilə o cür rəftar eləmək olmaz. Yazılan əsərlə bağlı müzakirə açmaq, mübahisə etmək olar. Mən özüm də “Daş yuxular”la bağlı müzakirə və müqayisə, mübahisələr etmişəm. Çünki əsərdə çiy yerlər çoxdur. Ona görə ki, Əkrəm Əylisli tarixi faktları o dərəcədə yaxşı bilmir. Amma mən onu hücumlardan qorumaq üçün bir yazıçı kimi müdafiə etdim. Kitaba münasibətimlə bağlı onunla mübahisəmiz də olub. O, vəziyyəti belə görüb. Yalnız ermənilərin ölməyini görüb, azərbaycanlıların həlak olmağını görməyib. Təbii ki, yanlış yanaşmadır.

    - Bəs qondarma erməni soyqırımı ilə bağlı mövqeyiniz necədir?

    - Ermənilər 1915-ci ilə öz ölkələrində, Osmanlıda üsyan qaldırdılar. Soyqırım məsələsi uydurmadır. Sadəcə üsyançılar və üsyanı yatıranlar arasında qırğın, tələfat olub. Bunun qarşılığında da üsyan qaldıran ermənilər imperiyanın kənar vilayətlərinə sürgün ediliblər. İmperiyadan kənara yox, ölkənin içərisindəki ucqarlara, kənarlara qovulublar. Qovulma prosesində öldürülən də olub, ölən də. Qırğınları pisləmək lazımdır. Onları soyqırım kimi qələmə vermək isə gülüncdür.

    - Bir yazıçı kimi Qarabağın sülh, yoxsa müharibə yolu ilə azad edilməsinin tərəfdarısınız?

    - Bu iki yolun tərəfdarı deyiləm. Çünki danışıqlar mənasızdır və bunu hamı görür. İndiki şəraitdə müharibə də demək olar ki, sui-qəsd kimi bir şeydir. Ona görə də mən yalnız geopolitik vəziyyətin dəyişməsinə ümidliyəm. Həmin vəziyyət dəyişəcək. Çünki Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm... Laçın... Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın...
    Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun da düzən hissələri var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu.

    Oxunub: 453
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-09-2025
      13:00 | Yaponiya Trampın təklifini rədd etdi - Çin və Hindistana qarşı gömrük rüsumlarını artırmayacaq
      12:15 | İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
      12:10 | Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
      12:05 | "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
      12:00 | “Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
      11:20 | İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
      11:15 | "Benfika" "QARABAĞ"a görə MƏŞQÇİSİNİ QOVDU -  Mourinyo ilə razılığa gəlinib
      11:11 | Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:05 | "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"- Qurban Qurbanov
      11:00 | "Qarabağ" "Benfika"nı məğlub etdi -  Böyük məbləğdə gəlir qazandı
      01:00 | “QARABAĞ” “Benfika”nı LİSSABONDA DİZ ÇÖKDÜRDÜ - 2:3
      00:35 | Trampdan jurnalistə: Sakit ol, səs tonun xoşuma gəlmədi!
      00:30 | Trampdan Azərbaycanla bağlı MÜHÜM PAYLAŞIM
      00:25 | “Gəmilərə hücum edilsə, CAVABI OLACAQ”- 16 ölkədən İsrailə SƏRT MESAJ
      00:20 | Türk hərbi sənayesi Amerikaya ayaq açdı - Təsdiq
      00:15 | Yaponiyada SÜNİ İNTELLEKT SİYASİ PARTİYA LİDERİ OLACAQ - "France-Presse"
      00:10 | "BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var"- Quterreş
      00:07 | Ermənistan və Türkiyə tarixi körpünü bərpa edir
      00:05 | Putin hərbi forma geyindi: Qərbə güc mesajı
      00:00 | Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib
      16-09-2025
      20:00 | Hərbi təlimlərə CAVAB GECİKMƏDİ - Polşa bu ölkə ilə SƏRHƏDİ BAĞLADI
      19:55 | ABŞ və Çin razılığa gəldi: Gərginlikdə kritik dönüş
      19:45 | İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq
      19:30 | İlham Əliyev BƏƏ Prezidentinə “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO
      19:20 | "Biz Qəzzanı ələ keçirmək istəyirik"- Müdafiə naziri işğal planını açıqladı
      16:15 | GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR?- Vergi, gömrük və cərimə proqnozları artırıldı /RƏQƏMLƏR
      16:00 | Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi
      15:55 | Prezidentlər Şuşada geniş tərkibdə görüşdülər - Sənədlərin mübadiləsi oldu /FOTO
      15:45 | Sentyabrda qar sürprizi - Sulu qar yağacaq
      13:55 | Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
      13:30 | RUSİYADA ANTİ-MÜSƏLMAN DALĞASI PİK HƏDDƏ - “Xaç yürüşləri” nədən xəbər verir? /VİDEO
      13:25 | Agentlik sədri SAXTA DİPLOMLARLA bağlı məsələyə münasibət bildirib
      13:20 | Azərbaycanda bu istiqamətlər üzrə büdcə xərcləri kəskin azaldılır
      13:15 | "Qarabağ" çətin sınaq qarşısınıda -  "Benfika"nı məğlub etmək mümkündürmü?
      13:00 | "Əhalinin dərman və tibbi ləvazimatlara xərcləri rekord səviyyədə artıb"- Deputat AÇILQLADI
      12:30 | Nazirdən QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR - O məktəblər ya bağlanacaq..."
      12:10 | Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda yazdı - DETALLAR
      12:00 | Azərbaycandan dörd ölkəyə idxal məhdudiyyəti: Mallar geri qaytarıldı
      11:55 | İsrail Qəzzaya qurudan hücuma keçdi: Tanklar şəhərə girdi
      11:45 | Akademiya bu mediatorlara yüksək məbləğdə pul verəcək - ADLAR
      11:35 | GƏLƏN İL BÜDCƏMİZ HARALARA XƏRCLƏNƏCƏK? - Maliyyə Nazirliyi AÇIQLADI
      11:30 | Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib - MƏHKƏMƏ
      11:25 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 4 %-ə yaxın artırır
      11:20 | “Onun kimi satqınlar və vətən xainləri...”- Kadırov Puqaçovanı Dudayevə görə təhqir etdi
      11:15 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | VƏKİLLİKLƏ BAĞLI NƏLƏR DƏYİŞİR? - KİMLƏR VƏKİL OLA BİLƏCƏK? /Bütün DETALLAR
      01:00 | Müharibədən sonra RUSİYANI GÖZLƏYƏN FƏLAKƏT - MİNLƏRLƏ ƏLİ SİLAHLI QATİL GERİ QAYIDACAQ...
      00:45 | Prezident o evlə bağlı tapşırıq verdi -  VİDEO
      00:40 | Bakının bəzi əraziləri yenidən qurulacaq - SƏRƏNCAM
      00:35 | 20 MİN DOLLARLIQ ANALIQ: Təklifi QƏBUL ETSƏNİZ...
      00:30 | Polşa səmasında daha bir PUA vurulub
      00:27 | Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir
      00:25 | NATO Rusiya ilə faktiki müharibədədir - Kreml
      00:20 | "İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir"- BMT-yə üzvlüyünün dondurulması tələb edildi
      00:15 | “Ədalət Qəzzanın külündən qalxacaq”- Pezeşkian
      00:13 | "QƏZZADA ÖLDÜRÜLƏN fələstinlilərin sayı 680 MİN NƏFƏRDİR” -  BMT DƏHŞƏTLİ rəqəm AÇIQLADI
      00:10 | Daha bir slavyan ölkəsində Maydan hazırlanır
      00:05 | Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
      00:03 | Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTOLAR
      00:00 | Rəqqada gizli tunellər aşkarlandı -  Türkiyəyə doğru qazılır
      15-09-2025
      20:00 | RUSİYA BELARUSDAN KİYEVƏ HÜCUM EDƏ BİLƏR -  30 minlik qoşun hara göndəriləcək?
      19:50 | Yeni İşçi Qrup YARADILDI -  Samir Şərifov rəhbərlik edəcək /ADLAR
      19:45 | Bakıda və rayonlarda leysan yağacaq -  XƏBƏRDARLIQ
      17:45 | Nepalın Müvəqqəti Baş Naziri seçildi və... 6 ay sonra gedəcəyini elan etdi
      17:00 | YAPON MÖCÜZƏSİ və ya Uzunömürlülüyün sirləri
      16:30 | "ChatGPT"yə bu məlumatları verməyin - TAM SİYAHI
      16:20 | ICESCO-nun Baş direktoru "Dostluq" ordeni ilə təltif edilib
      16:15 | Masallı və Salyandan İtaliya və Fransaya qurbağa əti ixrac olunur - 150 qramı 10-40 avroya satılır
      16:00 | Ermənilər Kərkicahanda dinc SAKİNLƏRİ NECƏ ÖLDÜRÜB?- Məhkəmədə sənədlər AÇIQLANDI
      15:45 | "Rusiya, əslində, Ukraynadakı müharibəni uduzur"- Kit Kelloq
      15:35 | "Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb"- Səhiyyə komitəsinin sədri
      15:30 | İcra başçısının "Sea Breeze"də dava edən qohumu həbs olundu
      15:15 | İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
      15:00 | UKRAYNA RUSİYANIN “ÜRƏYİNƏ” ZƏRBƏLƏR ENDİRİR - Neft-qaz infrastrukturunun yarısı yararsızdır
      14:50 | Kim Çen In yeni təlimatlarını açıqladı -  "Hamburger" deyənlər edam ediləcək
      14:45 | Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
      14:40 | Ötən il məhkumlar bir sıra tibbi xidmətlərdən istifadə edə bilməyib
      14:30 | Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik -  Paşinyan
      14:00 | PEZEŞKİANIN VALİDEYNLƏRİ: 7 BACI-QARDAŞIN 5-İNCİSİ: “Atam da türkdür, anam da!” - FOTOLAR
      13:55 | Tramp növbəti dəfə Venesuelanı hədələdi: Mübarizəmiz davam edəcək!
      13:45 | Paşinyanın açdığı məktəbdə “Azərbaycan bayrağı” qalmaqalı - Stulların rəngi ilə "hörmətsizlik"
      13:40 | Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
      13:35 | Hava proqnozu açıqlandı: Sabah leysan yağacaq
      13:15 | MEDVEDEV BU DƏFƏ NATO-nu HƏDƏLƏDİ:  “NATO ölkələri Ukraynada bizim PUA-ları vursa...”
      13:10 | Pezeşkian müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb
      13:05 | “Ermənistanın silah bazarları məhdudiyyətsizdir”- Paşinyan irəvanın silahlandığını etiraf etdi
      13:00 | Məhəmməd Mirzəli qiyabi olaraq 6 il 6 ay azadlıqdan məhrum edilib
      12:55 | "Togg"-un yeni modeli "T10F" satışa çıxdı - Qiyməti açıqlandı
      12:45 | AZƏRBAYCANDA ƏN YÜKSƏK MAAŞI KİMLƏR ALIR?- Bu sahədə çalışanlar 3-4 min manat qazanır
      12:30 | 7 KÖRPƏNİN ÖLDÜYÜ xəstəxananın sabiq direktoru iki dəfə ölkəni tərk edib - MƏHKƏMƏ
      12:25 | XİN Bakının azad edilməs ilə bağlı bəyanat yaydı
      12:15 | Prezident Xocalı rayonunun Badara kəndində -  FOTOLAR
      12:10 | Paşinyan KTMT-ni “topa tutdu”:  Azərbaycana qardaş ölkə kimi yanaşıb
      12:00 | “VƏTƏNİM MƏNƏ XƏYANƏT ETDİ”- Puqaçovanın müsahibəsi Rusiyanı qarışdırdı /VİDEO
      11:50 | MOSSADdan İranla bağlı sensasion MESAJ: “Yerini dəqiq bilirik!..”
      11:44 | Xankəndidə terrora cəhd edən hay keçən il "mən azərbaycanlıyam" demişdi - VİDEO
      10:40 | Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etməklə hədələyib
      10:30 | Bu gün Azərbaycanda BİLİK GÜNÜ qeyd olunur
      00:30 | Türkiyə əsilli Sinan Selen Almaniyanın ƏKS-KƏŞFİYYATINA RƏHBƏRLİK EDƏCƏK - "Bild"
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.