Koronavirusun yayılma yolları məlum oldu -
ABŞ alimlərinin rəyi
ABŞ alimləri müəyyən ediblər ki, koronavirus səthdən (üzdən) deyil, əsasən hava aerozolları vasitəsilə ötürülür.
Bu barədə “Annals of Internal Medicine” jurnalında dərc edilmiş məqalədə deyilir.
“Hallar (koronavirusa yoluxma-red) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının ötürülməsinin üstünlük təşkil etdiyini və virusa yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülmənin əsas amillərindən olduğunu göstərir”, -məqalədə deyilir.