Avropa İttifaqı Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib
Yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib.”Report” xəbər verir ki, rəsmi Zaqreb bu quruma ilk dəfə sədrlik edəcək.
Xorvatiya 6 ay - iyunun 30-dək Aİ Şurasının sədri olacağı müddət ərzində prioritetlərini inkişaf edən, birləşdirən, qoruyan və təsir edən Avropa şəklində ifadə edib. Təbii ki, əsas hədəflər arasında Aİ-nin genişləndirmə siyasətinin davam etdirilməsi də var.
Eyni zamanda iyun ayında Xorvatiyanın sədrliyi dövründə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün keçirilməsi də nəzərdə tutulub.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: