Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • Yeni milli təhlükəsizlik strategiyası Konqresə təqdim edilib - ABŞ RESPUBLİKAÇILARI ÇİN, RUSİYA VƏ İRANI HƏDƏFƏ GÖTÜRÜRLƏR /Tam mətn
  • Qarabağda yerləşdirilən PKK terrorçuları - Azərbaycan-Türkiyə səbrinin sınağı

    • Tarix: 23-09-2020, 17:06

    Qarabağda yerləşdirilən PKK terrorçuları  - Azərbaycan-Türkiyə səbrinin sınağı


    Türkiyə ilə Azərbaycanın bir millət ideyasını gerçəkləşdirməsi davam edir. Bunun heç kimə ziyanı yoxdur. Əksinə, bu birlikdən dünya daha çox faydalanır. Bunu çoxsaylı iqtisadi, enerji və nəqliyyat layihələri də sübut edib. Başqa sözlə, Almaniya ilə Avstriyanın əməkdaşlığı nədirsə, Azərbaycanla Türkiyənin münasibəti də odur. Ancaq “xain xoflu olar” deyirlər. Türk adından, Azərbaycan-Türkiyə birliyindən narahat olanlar əlüstü birləşirlər. Onlar bu iki dövləti zəiflətmək üçün bütün imkanlardan istifadə edirlər.

    Deməli, türk düşməni PKK qruplaşması terrorçularının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi barədə əvvəllər də xəbərlər yayılmışdı. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan da özündən əvvəlkilər kimi ASALA ilə yanaşı, terrorçuların yardımından istifadə etmək istəyir.

    “Əcnəbi terrorçu döyüşçü” ifadəsi var. Bu terrorçulara bəzən “muzdlu döyüşçülər” də deyilir. Onlar pul üçün dünyanın istənilən bölgəsində qan tökməyə hazır qatillərdir. Belələri üçün qarşılarındakıların uşaq, qoca, qadın, xəstə olmasının fərqi yoxdur. Onlar peşəkar qatildir. PKK-nı və onun liderinin Türkiyədə “uşaq qatili” adlanması da təsadüfi deyil. PKK indi daha çox pul qazanmaq üçün xarici dövlətlərə terrorçu ixracı ilə məşğul olur.

    Ermənistanla mövqeləri də üst-üstə düşür. Çünki erməniliyin əsas hədəfi Türkiyə və türk millətidir. PKK-nı daha çox bu ideya əsasında qurublar. ABŞ və Avropa İttifaqına daxil olan dövlətlər bu adda terrorçu qruplaşmanı “qara siyahıya” daxil edib. Onun qurucusu keçmiş SSRİ-dir. PKK təkcə Türkiyəyə qarşı deyil, həm də bu ölkədə qərb maraqlarına qarşı yaradılmışdı. Keçmis sovetlərin varisi isə Rusiya Federasiyasıdır. Moskva isə PKK-nı terrorçu olaraq tanımır. Əksinə, onun Suriya və İraqdakı qolları sayılan “YPG-PYD” ilə də əməkdaşlıq edir.



    Ermənistan Cənubi Qafqazda, eləcə də Qafqazda Rusiyanın ən etibarlı bölgəsidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə Moskvanın diplomatik yanaşması, PKK terrorçularının Qarabağa yerləşdirilməsindən də Kremlin xəbərsiz olmadığını ehtimal etməyə əsas verir. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi Livandan gətirilən ermənilərin (daha doğrusu, ASALA terrorçularının) işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsindən xəbərsiz olduğunu bəyan edib. Həmin qurum elə PKK-çıların da Qarabağa gətirilməsinə oxşar açıqlama verə bilər. Ancaq fakt faktlığında qalır.

    Əslində, PKK-nın Ermənistanın xidmətinə 15 min terrorçu təklif etdiyi bildirilir. Bu rəqəmi Türkiyə KİV-i İraqdan, bu terrorçuların əsas bazasından əldə edib. Məlumata görə, PKK ilə Ermənistan arasında 2020-ci ilin iyunundan bu istiqamətdə danışıqlar gedir. Ermənistan Türkiyəni və Azərbaycanı özünə düşmən sayır. PKK Türkiyə və türk düşmənidir.
    Türkiyə ilə Azərbaycan isə birdir, bir mövqedən çıxış edir. Ermənistan terrorçuları Qarabağa yerləşdirməklə, Azərbaycanla sərhəddə təxribatlar törətməklə diqqəti əsas hədəfdən yayındırmağa çalışır.
    Belə görünür ki, ermənilərin və havadarlarının hədəfi Türkiyənin də səbrini daşırmaqdır. Onlar dövlət sərhədində törətdikləri təxribatın böyüməsinə, hətta Türkiyə-Ermənistan sərhədinədək gedib çıxmasına səy göstərirlər. Son günlər Türkiyə PUA-larının Ermənistanla sərhədboyu kəşfiyyat uçuşlarını artırması da təsadüfi deyil.
    Ehtimal etmək olar ki, bununla Ermənistanın həmin istiqamətdə fəaliyyəti izlənilir.
    Bu həm də ermənilərin törədəcəyi mümkün olan qarşısının alınması məqsədini daşıya bilər. PKK həm də Türkiyənin Ermənistanla sərhədyanı bölgələrində də fəaliyyət göstərir. Türk ordusunun həmin ərazidə antiterror əməliyyatları keçirməsi, terrorçuların həmin isitqamətdən Ermənistana keçməsi faktları da bunu təsdiqləyir.
    Belə qənaətə gəlmək olar ki, Ermənistan PKK terrorçularını Qarabağa yerləşdirməklə oradakı separatçı rejimi qorumağa cəhd edir. Çünki havadarları və Ermənistanın bu ərazidə hərbi qüvvə saxlamaq imkanı məhdudlaşır. Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında ölmək istəmirlər.
    Qarabağı isə işğal altında saxlamaq üçün yeni qüvvəyə ehtiyac var. Bu da pula görə döyüşən terrorçu PKK kimi qruplaşma ola bilər. Bir müddət əvvəl erməni icmasının başçısı Araik Arutyunyanın könüllülərə çağırışı da bunu təsdiqləyir. Görünür, bir müddət sonra ermənilər Livandan gətirilən erməni terrorçularını (məsələn, ASALA-çılar) və PKK-çıları “könüllü erməni döyüşçüsü” kimi təqdim edəcəklər.



    Bu arada Ermənistan hakimiyyəti həm də daxili problemləri müharibə etmək, yaxud onun ovqatını yaratmaqla diqqəti özündən uzaqlaşdırmağa çalışır. Azərbaycanla dövlət sərhədindəki təxribatları buna nümunə göstərə bilərik. Elə Qarabağdakı separatçılar da erməni icmasını müharibə ilə hədələyir, etirazlarını bu yolla yatırmağa cəhd göstərirlər. Bu il sentyabrın 3-də Arutyunyan danışıqlara deyil, müharibəyə hazırlaşmaq çağırışını edib.
    O, “ordunun gücləndirilməsindən” danışıb: “Gəlin gerçəkçi olaq, danışıqlar mövzusunu müzakirə etməyək, müharibəyə hazırlaşaq”. Yerevanın Livana yardım kampaniyası çərçivəsində 500 nəfərlik qrupu Ermənistana və Qarabağa gətirdiyi bildirilir. Separatçı rejimin başçısını müharibədən danışdıran da Livandan gətirilən muzdlular və PKK-çıların işğalçılara yardım etməsidir. Yeri gəlmişkən, PKK Liviyada Rusiyanın və Misirdəki hərbi hakimiyyətin müdafiə etdiyi feldmarşal Halife Hafterə də yardım edir.



    Son günlər Aralıq dənizinin şərqində Türkiyənin kəşfiyyat-qazma işlərini aparması məsələsində də dostlar və düşmənlər göründü. Azərbaycan birmənalı şəkildə Türkiyənin bu istiqamətdə gördüyü işi qanuni adlandıraraq müdafiə etdiyini açıqladı. Misir, Yunanıstan və Kiprin yunan hissəsi isə məsələyə qarşı birgə fəaliyyətə başladı. Onlara Ermənistan da qoşuldu.

    Ermənistanın xarici işlər naziri Zöhrab Mnatskanyanın Misirə səfəri də bunu təsdiqləyir. O, misirli həmkarı Sameh Şükrü ilə görüşdə Yaxın Şərq, Afrikanın şimalı, Aralıq dənizinin şərqi və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. 2020-ci il fevarlın 28-də Afinada Yunanıstan, yunan Kipri və Ermənistanın müdafiə nazirləri arasında üçtərəfli fəaliyyət planı imzalandı.

    Həmin plan həm də işğalçının güclənməsinə yardım sayılır. Heç bir terrorçu təşkilat və ya qruplaşmalar spontan yaranmır. Onlar özbaşına deyillər. Bu üçlüyün, dördlüyün arxasında böyük güclərin dayandığı da sirr deyil.
    Misirdəki indiki prezidenti general Sisini hakimiyyətə ABŞ gətirib, Liviyadakı Hafteri Rusiya və Misir dəstəkləyir, Yunanıstan və yunan Kiprini Avropa İttifaqı himayə edir. Deməli, bu dördlüyün patronları bəllidir. Həmin güclər PKK-nın başqa adla öz ölkələrində fəaliyyət göstərməsinə də icazə veririlər.

    ABŞ, Rusiya və Avropa İttifaqının üzvü Fransa Azəbaycanın işğaldan azad edilməsinə dair danışıqlara vasitəçilik missiyasını üzərlərinə götürüblər. Ancaq nə Livandan Qarabağa gətirilənlər, nə də PKK terrorçularının işğal altında olan torpaqlarda yerləşdirilməsinə hələ də münasibət bildirməyiblər. PKK və dördlük Türkiyəyə qarşı birgə mübarizə aparır.

    Onların Ermənistanı müdafiə etməsi, terrorçuların Qarabağa yerləşdirilməsi isə həmin qüvvələrin həm də Azərbaycana qarşı olmasıdır. Bu kimi qüvvələrin açıq və diplomatik şəkildə, terrorçularla birgə Azərbaycan və Türkiyəyə qarşı mübarizələri açıq-aşkar görünür.



    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bu məsələlərə işarə edərək bildirib: “İyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib.

    Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq”.

    Türkiyə rəsmiləri dəfələrlə Ermənistana bu istiqamətdə xəbərdarlıq ediblər. Ona görə də təbii olaraq belə bir sual yaranır: “Türkiyə Suriya və İraqda olduğu kimi Azərbaycan dəvət edərsə Ermənistan ərazisində Qarabağda PKK-ya qarşı antiterror əməliyyatı keçirə bilərmi?”
    Təəssüf ki, indiki şərtlər daxilində bu addımı ata bilməz.

    Ermənistan adlı ölkəni yaradanlar, terrorçu PKK kimi qruplaşmaları quranlar, Yunanıstana və yunan Kiprinə patronluq edənlər, Misirdə Məhəmməd Mursi hakimiyyətinin hərbi yolla devrilməsini təşkil edənlər buna imkan verməzlər. Ola bilər ki, Türkiyənin Ermənistana hücum etməsi, yaxud Qarabağda antiterror əməliyyatı keçirməsi bu qüvvələrin ürəklərindən olsun.

    Çünki bu təxribatın ardınca onlar Türkiyəyə qarşı genişmiqyaslı aksiya keçirə bilərlər. Bu halda düşməni izləmək, onu uyğun zamanda yaxalayıb məhv etmək daha doğru sayılır.

    Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olanlar da PKK-nın, Livan ermənilərinin Qarabağa gətirilməsinə göz yumanlardır. PKK-nın Azərbaycanın işğal altında olan torpaqlara yerləşdirilməsi terrorçu təşkilatların böyük güclərin əlində oyuncaq olduğunu da təsdiqləyir. Odur ki, Qarabağın işğalına şərait yaradanlar, işğalçının başını sığallayanlar Azərbaycan torpaqlarında indi də PKK-nı oynadırlar./report

    Oxunub: 1 001
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.