Ermənistanın təxribatına cavab:
Türkiyədən tam dəstək
Ermənistanın Azərbaycana yönəli təxribatını şiddətlə qınayırıq. Türkiyə bu təxribatlar qarşısında Azərbaycanın yanındadır.
Bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın bu gün cəbhədə erməni təxribatı və Azərbaycan Ordusunun əks-hücumu haqda Tvitter hesabında yazıb.
“Ermənistan mülki əhalinin yaşadığı məkanlara hücum edərək atəşkəsi pozmuş və sülhə qarşı olduğunu bir daha göstərmişdir. Beynəlxalq birlik bu təhlükəli provokasiyaya dərhal “dur” deməlidir. Türkiyə bu təxribatlar qarşısında Azərbaycanın yanındadır. Təxribatda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan yalnız deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: