Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçildi: 5,3 milyon avro mükafat alıb
  • “Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir”
  • Məsud Aşina: “Missiyam şifrəni çözməkdir”

    • Tarix: 2-01-2020, 13:39

    Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina ilə müsahibə.


    -Lundbeck Fondu-nun professor mükafatını qazanan 6 qalibdən biri və dünyanın professional çevrələrini belə təəccübləndirən məbləğdə qrant alan alim kimi, hazırkı fəaliyyət istiqamətinizin nə olduğunu oxucularımıza qısaca təsvir edə bilərsinizmi?

    -Mənim işim və missiyam – miqrenin altında yatan səbəblərin tapılması, molekulyar mexanizmlərin şifrəsinin çözülməsidir. Bunların nəticəsi kimi biz, miqreni və onun pristup sıxlığını azaltmağa kömək edəcək yeni, farmokoloji müalicə üsullarını tapa, bununla da xəstələrin həyat keyfiyyətini yaxşılaşdıra bilərik.
    Miqren mürəkkəb, ağır xəstəlikdir. Dünyada yarım milyard insan bu xəstəlikdən əziyyət çəkir. «The Lancet» jurnalının qlobal hesabatına görə dünya üzrə 19-49 yaş arası və əsasən qadınlarda görülən bu xəsətlik, sıx rastlanan xəstəliklər sırasında birinci yerdədir. İnsanlar, necə deyərlər həyatlarının baharında, ailə qurduqları, işləməyə başladıqları yaşda miqren ucbatından funksionallıqlarını itirirlər. Məqsədimiz milyardlarla insanın bu dəhşətli ağrısını azaltmaq, onların həyat keyfiyyətini qaldırmaqdır. Bütün günü yatılı vəziyyətdə qalan, işıqdan, səsdən qorxan, ürəyi bulanan insanı təsəvvür edin. O hər ay təqvimdən 2-3 gününü silib atmalıdır. İldə bir ayın itirilməsi deməkdir. Hələ bu, minimumdur, çünki mənim pasientlərimin çoxu ortalama ayda 8 gün miqrendən əziyyət çəkir. Onlar bir ildə üç ay itirirlər. İndi isə onların ağrılarının 50%, ya heç olmasa 30% azaldığını düşünün, görün məhsuldarlıq necə artacaq.
    Azərbaycandakı mənzərə isə bundan ibarətdir – ölkənin 10%-i, qadınların isə 25%-i bu vəya digər sıxlıqda miqrendən əziyyət çəkir.

    -Mükafat apardığınız tədqiqatlara dəstək olmaq üçün verilib?

    -Tamamilə doğrudur. Bu mükafatı qazanmağımız ilk növbədə xəstələrin uğurudur, onların problemlərinin rəsmən tanınmasıdır. Miqren artıq adi bir başağrısı deyil, mükafat bunun təsdiqidir. Həmçinin neyroelmin bütün qalan sahələri üçün də böyük prestijdir.

    -Sizdən əvvəl hansısa sahəyə 5.3 milyon euro vəsait ayrılıbmı?

    -Dünya elmində bu qədər vəsaitin sırf bir xəstəliyin araşdırılmasına görə birdən və bir fərdə verilməsi hadisəsi mənə məlum deyil. Avropa Beyin Şurası adlı bir orqan var, onların hesabatında fondların bu sahəyə nə qədər qrant ayırdığına dair statistika var, burada göstərilir ki, miqren xəstəliyi hər zaman axırıncı sıralarıda dayanıb. Ona görə böyük uğurdur deyirəm və öz sahəmə görə çox sevincliyəm. Bu, həm də həmkarlarım, bu sahəni öyrənən həkimlər, alimlər üçün pozitiv siqnaldır, əlavə stimuldur. Miqrenin genetik aspektlərini tədqiq edən alimlər üçün burada fürsətlər yaranır. Artıq hər bir ölkədə bu problem qabardıla, ona diqqət çəkilə bilər. Birlikdə çox şeyə nail ola bilərik.

    -Xəbər yayılandan sonra pulun taleyi ilə maraqlanan şərhlər də yazıldı. Narahat olanlar, ümumiyyətlə maraqlananlar üçün vəsaitin hara və necə xərclənəcəyi ilə bağlı məlumat da verərdiniz.

    -Bütün məbləğ Kopenhagen Beyin Mərkəzindəki laboratoriyalarımızda, tədqiqatlarımızda xərclənəcək. Dövri hesabatlarımızı, əldə olunan nəticələr haqda xəbərlərimizi, çəkəcəyimiz animasiya filmlərimizi Avropa və dünya ilə paralel AzLogos üzərindən, azərbaycan dilində də paylaşacağıq. Sahəmizlə maraqlananlar altı il boyunca komandamızın fəaliyyətini, bütün prosesi izləmək imkanı əldə edəcəklər. Qısaca, belə. Yox, daha detallı maraqlananlar varsa, onlar üçün də deyim ki, burada məqsəd elmi fəaliyyət, həm də yeni kadrların yetişdirilməsi, sahənin gücləndirilməsidir. Bu pul bizə imkan verəcək ki, artıq fəaliyyət göstərən həkimlərin, özlərinə baza yaratmaq istəyən mütəxəssislərin özlərini reallaşdırmaq şansı yaransın. Əlbəttə, bu pulun bir hissəsini mən onlara verəcəyəm ki, karyeralarında tramplin kimi istifadə etsinlər. Yəni, bu pul yalnız öz araşdırmalarıma xərclənməyəcək, araşdırma aparan həmkarlarım, assistentlərimin irəliləməsinə də yönəldiləcək.
    Uğurlarımı bütün komandamla bölüşürəm. Son 15 ildə bu istiqamətdə dayanmadan çiyin-çiyinə işlədiyim həmkarlarımın, assitentlərimin əməyi, dəstəyi, fədakarlığı olmasaydı, mənim üçün çox çətin olardı. Rəhbər olsan da, komanda üzvlərində həvəs və məqsədyönlülük yoxdursa, heç bir şeyə nail ola bilməzsən.

    -Elə təəssürat yaranır ki, Danimarka və beyin artıq sinonimə çevriliblər.

    -Səhv təəssürat deyil, daha doğrusu tamamilə haqlı eyniləşdirmədir. Danimarka azad, müstəqil tədqiqatları daim diqqətdə saxlayır, elmi araşdırmalara böyük əhəmiyyət verir. Bu ölkədə tədqiqatçıları çərçivəyə salmırlar, alim hansı sahədə işləmək istəyirsə görəcəyi işə görə də qrant alır. Sən öz ideyalarını heç kimə uyğunlaşdırmağa məcbur deyilsən, təklifi verən tərəf sənsən, ideya sənindir, imkan isə onlardan. Bu, Danimarka ənənəsidir. Hətta ABŞ-da Danimarkada olduğu səviyyə və həcmdə qrantlar, mükafatlar yoxdur. Bütün məsuliyyətimlə deyirəm. Danimarka liderliyə oynayır və dorğudan da liderdir. Öz sahəmə görə əminliklə deyə bilərəm ki, beyinin öyrənilməsi, yeni texnilogiyalar sahəsində Danimarka rəqibsizdir. Danimarka elm və texnologiyalar ixrac edir. Danimarkada yaşamaq, imtiyazdır.



    -Avropada yaşayan bir həkim dostumuz hadisəni belə şərh etdi ki, bu mükafat Nobel öncəsi verilən mükafatdır, sanki onun ilk ayaq səsləridir. Doğrudan da miqrenin şifrəsini çözmək işində hansısa nailiyyətinizə görə Nobel-i ala bilərsiniz?

    -Banallıq deyəcəm, amma alim Nobel mükafatı almaq üçün elmə həyatını həsr etmir. Ən əsası, bu haqda hansısa fərziyyə irəli sürmək də imkansızdır. Çözmək istədiyim sirlər var, çalışırıq suallarımıza cavab tapaq. Görək zaman nə göstərəcək.

    -Xəbərin Azərbaycanda sevinclə qarşılanması, bir çox agentlik, sayt tərəfindən yayılması sizin üçün sürpriz oldumu?

    -Azərbaycanda bu hadisəni sevinclə qarşılayanlar çox haqlıdır. Onlar həm tibb dünyası, elm adına sevinirlər ki, beyin tədqiqatları sahəsində çox ciddi nailiyyətlər var və gözlənilir, həm də bir fərdə verilən ən irihəcmli qrantın azərbaycanlının almasına sevinirlər. Mən, Azərbaycan Tibb Universitetinin məzunuyam, vətənə bağlı adamam, odur ki, insanlar emosiyalarında haqlıdır.
    Yalnız, çox istərdim ki, bütün bu araşdırmalar, təhsil, imkanlar Azərbaycanda da olsun. Azərbaycan özünü, kimliyini saxlayaraq, dünya elm və kültür sahəsinə tam inteqrə olmalıdır. Prezident İlham Əliyevin BDU-dakı çıxışından başa düşülən də budur. Kurs bəllidir, kursun özündə heç bir problem yoxdur, detallarda mübahisələr ola bilər, onlar da normaldır və lazımdır.

    -İllər əvvəl, Kopenhagendə mənə qəti surətdə bildirmişdiniz ki, bir online platforma yaradılmalı və orda ciddi diskussiyalar aparılmalıdır. AzLogos-un hekayəsi belə başladı. Bu gün AzLogos-un bir yaşı tamam olur. Mükafatı almağınız və bu müsahibəyə razılaşmağınız ilə bizə ən böyük hədiyyəni vermiş oldunuz. Razısınız AzLogos-dan?

    -AzLogos-un auditoriyası – düşünən bütün azərbaycanlılardır. Plankamız yüksək qalacaq, tələbə kontingenti başda olmaqla oxuyan, araşdıran azərbaycanlılar üçün anlaşıqlı, maraqlı sayt yaradacağıq demişdik. Redaksiyanı təbrik edirəm, layihə alınmışdır. Komanda bundan sonra da entuziazmını itirməməli, ruhdan düşməməlidir, həyatda problemlər bitən deyil. AzLogos üzərinə çox ağır bir missiya götürüb və çətinliklərə hazır olmalıdır.
    İndi bizim hədəfimizdə saytın rus və ingilis dillərində yaradılması durur. Dünyaya haqqımızda səhih məlumat çatdırılmalıdır. Hər bir işimizdə, Azərbaycanın maraqları hər zaman ilk sırada dayanmalıdır. Özünü bilən, özünə hörmət edən hər bir düşünən kəs, ölkəsinin taleyinə biganə qalmaz. İntellektual potensialımızı xarici dünyaya açmalıyıq. Azərbaycanda kültür, elm sahəsində nələr yaşanır, solçular-sağçılar nə düşünür, nə istəyir, dünyanı necə təhlil edirlər, bəşəriyyəti narahat edən problemlər haqda nə düşünürlər, Azərbaycanın yerini hər kəs özü üçün necə müəyyən edir? Bütün bunlar beyin mərkəzləri, ilk növbədə isə özümüz üçün vacibdir. Ona görə də madam ki, AzLogos-un indiki komandası qədər ingilis və rusdilli potensalı da var, o zaman onu da hərəkətə keçirmək və AzLogos komandasını böyütmək lazımdır.

    -Xaricdə yaşayan azərbaycanlıları, Azərbaycana çəhrayı eynəklə baxmaqda ittiham edirlər.

    -Əlbəttə ki, Azərbaycanda yaşayanla xaricdə yaşayan arasında ölkəni dərketmədə, qiymətləndirmədə fərqlər olacaq. Buna baxmayaraq, Azərbaycanda bu gün yaşanan dəyişikliklər, gedən proseslər yalnız və yalnız müsbət işarə ilə qiymətləndirilə bilər. Bu mənim şəxsi mövqeyimdir ki, bütün bu dəyişikliklər nəticədə təhsildə və kültürdə inkişafa gətirib çıxaracaq. Mən buna inanıram. Təhsilə, elmə, innovasiyalara yatırımlar etmək üçün Azərbaycan iqtidarında siyasi iradə və imkanlar var və bunlar olacaq. İndi əsas məsələ bütün müsbət başlanğıclarda prezidentə dəstək olmaq, ona motivasiya vermək və ölkədə mənfi olan, düzəldilməsi gərəkən məsələlərə işıq tutmaqdır. Bu qədər sadə. Mətbuatın, intellektualların missiyası da bu olmalıdır. Siyasət də modernləşməli, sivilləşməli və nifrət dilindən imtina etməlidir. Bizim daha ciddi işlərimiz və problemlərimiz var, belə boş-boş işlərə vaxtımız yoxdur. 

    -Maarifçi diktatura üçün əsas varmı?

    -Mən buna niyyətin, dönməzliyin və qanunun vəhdəti deyərdim. Buna ehtiyac var. Bizdə zəngin resusrlar var. İnanıram ki, proseslər gedir, nəsə eləməyə çalışırlar, amma daha da intensivləşdirmək lazımdır. Tək mən yox, başqa ölkələrdəki azərbaycanlı dostlarımız, alim kolleqalarımız Azərbaycana gəlmək imkanını həmişə öz təcrübələrini bölüşmək üçün fürsətə çevirirlər. Biliyimizi, trəcrübəmizi zaman-zaman soydaşlarımızla paylaşmaq, onlara karyera qurmaqda yardımçı olmaq, istiqamət vermək bizim üçün həm şərəf, həm də vəzifədir.

    Söhbətləşdi: Ələkbər Əliyev

    Oxunub: 669
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.