Müdafiə Nazirliyi Qarabağda F-16 qırıcısının vurulmasını təkzib etdi - "Olmayanı vurmaq mümkün deyil"

Bu gün erməni tərəfi Qarabağda gedən döyüşlər zamanı guya F-16 qırıcısının vurulduğunu iddia edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, düşmənin bu məlumatı yalandır. Çünki Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında F-16 qırıcıları mövcud deyil. “Olmayanı isə vurmaq mümkün deyil”,-Dərgahlı belə deyib.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: