Türkiyə XİN başçısı Azərbaycan səfirliyini ziyarət edib-
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: “Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan torpaqlardan çəkilməyənədək problem həll olunmayacaq. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qərarı mövcuddur. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün heç bir konkret addım atmayıb”.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: