Latviyada gənclərimiz Ordumuza dəstək aksiyası keçiriblər -
FOTOLAR
"Dünən Latviyanın paytaxtı Riqa şəhərində təşkil etdiyimiz "Orduya dəstək" dinc aksiyası heç bir problem olmadan baş tutdu".
Bu sözləri aksiyanın təşkilatçısı Samir Əziz bildirib:
“Yürüşün məğzı Ordumuza dəstək olmaqla yanaşı, düşmənin sivil vətəndaşları qətl etməsinə etiraz idi. Latviya mediasına müsahibəmdə də qeyd etdim ki, düşmən tərəfi BMT-nin 4 qətnaməsini, Cenevrə Konvensiyanı pozur. Əlavə olaraq da qeyd etdim ki, işğalçı tərəf nəinki Dağlıq Qarabağı, həmçinin Dağlıq Qarabağ ətrafında olan 7 bölgəni də işğal edib. Yürüş əsnasında heç bir şüar səsləndirilmədi, bunun əvəzinə "banner"lərimiz və informatik xarakterli hazırladığımız "buklet"lərimiz "danışdı".
Ümid edirik, Ordumuz və Dövlətimiz üçün ən azından bir az da olsa yararlı ola bildik. Yanğına qarışqanın su tökməsi də təqdirəlayiqdi, çünki o cəhd edir. Yürüşün təşkil olunmasında fəal olan Riqadakı tələbələrimizə və diaspora üzvlərinə könüldən minnətdarlığımı bildirirəm!".
Elnur Eltürk