Gürcüstan da “suriyalı muzdlular” iddiasını təkzib etdi -
YALANDIR
“Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.
“Report” xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili deyib.
Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir: “Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: