TÜRKSOY Baş katibinin bəyanatı:
“BMT TŞ-nın qətnamələri dərhal icra edilməlidir”
TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyət Təşkilatının baş katibi Düsen Kaseinov bəyanat yayaraq Azərbaycanın işğal altındakı torpaqlarında artan gərginlik sırasında mülki insanların həyatını itirməsindən üzüntüsünü dilə gətirib.
ÜRKSOY baş katibi münaqişənin 1993-cü ildə BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin dərhal gündəmə gətirilərək icra edilməsinin, pozulmuş beynəlxalq hüququn bərpa edilməsinin zəruriliyini dilə gətirib: “Bu müqəddəs torpaqlarda yaşanan müharibənin yerini sülhə, ədalətə buraxmasını, insanlıq dəyərlərinin yenidən canlanmasını Türk Dünyası mədəniyyət və sənət insanları adından bəyan edirəm”.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: