Çində ilk uğurlu ürək köçürməsi əməliyyatı həyata keçirilib
Çinin Xaynan əyalətində insan üzərində ilk uğurlu ürək köçürməsi əməliyyatı həyata keçirilib. «TASS» agentliyi «Nanxayvan» portalına istinadla xəbər verir ki, proseduru Xaynan Tibb Universiteti nəzdindəki ikinci klinikanın mütəxəssisləri həyata keçiriblər.
Əvvəlcə orada böyrək köçürməsi əməliyytlarını həyata keçirmək üçün baza formalaşdırılıb.
Klinikada ilk ağ ciyər köçürməsi əməliyyatı 20 dekabr 2019-cu il tarixində həyata keçirilib, dekabrın 28-də isə ürək transplantasiyası əməliyyatı aparılıb.
Hazırda əyalət hakimiyyəti yerli əhaliyə bütün lazımi xidmətlərin göstərilməsinə imkan verən tibbi xilmət sisteminin yaradılması üzərində işləyir və digər bölgələrin əhalisinin də müraciət etməsinə imkan yaradan səviyyəyə çatmağa hazırlaşır.
Oxunub: 341
Xəbəri paylaş
Paylaş: