Yəməndə bir ayda mindən çox husi öldürülüb
Yəmən ordusu sentyabrda aparılan döyüş əməliyyatlarının gedişatında "Ansarulla" hərəkatının (husi-red) mindən çox döyüşçüsünü məhv etməsi haqqında bildirib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Yəmən ordusuna bağlı “26sepnews” xəbər portalı məlumat yayıb.
"Sentyabrda Yəmən ordusu 1 000-dən çox husini məhv edib, onlardan 215-i səhra komandirləridir", - xəbərdə deyilir.
Husilər hələ bu bəyanatı şərh etməyiblər.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: