Dindalara sual
"BİZ İNSANI BAŞQA ŞƏKLƏ DÜŞMÜŞ QARA PALÇIQDAN, TOXUNDUQDA SAXSI KİMİ SƏS ÇIXARAN QURU GİLDƏN YARATDIQ!" - "əl-Hicr" surəsi, 26-cı ayə.Gəlin ilk əvvəl torpağın tərkibinə baxaq. Torpağın tərkibində Mendeleyevin dövrü sistemlərinin demək olar ki, bütün təbii elementləri var. Bu da torpaq humusuna görədi.
Torpağın humusu nə deməkdi? Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq, orada müxtəlif bitki və heyvan qalıqlarını görmək mümkündü. Pinset vasitəsi ilə qalıqları torpağın mineral hissəsindən asanlıqla ayırmaq mümkündü. İstədiyimiz zaman kimyəvi yolla torpaqda olan humusun - çürüntünün miqdarını da təyin edə bilərik. Belə ki, götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə etməklə qara maddəni - humusu ayırmaq mümkündü. Yəni torpağın tərkibində element müxtəlifliyi üzvi maddələrin əmələ gətirdiyi çürüntülərə (humus) - heyvan və bitki qalıqlarına görədir.
İndi gəlin başlanğıcda sitat gətirdiyim ayəyə diqqət edək. Allah buyurur ki, insanı gildən yaratdım. Gil isə üzvi maddəsiz bərk lildən ibarət torpaq növüdü. Gilin tərkibi torpaq humusuna görə çox yeknəsəqdi. Tərkib aşağıdakı kimidi:
Lüssatit (SiO2) - 47 %
Alüminum oksid (Al2О3) - 39 %
Su (Н2O) - 14 %
Deməli, gilin tərkibində oksigen, silisium, alüminium və hidrogen elementləri mövcuddur.
İndi isə gəlin insanın vücuduna diqqət edək. Vücudumuzu təşkil edən hüceyrələr müxtəlif elementlərdən ibarətdi. Ancaq vücud kütlesinin 99 %-i sadəcə 6 elementdən - oksigen, karbon, azot, hidrogen, kalsium ve fosfordan meydana gəlir.
Vücudumuzu əmələ gətirən kimyəvi elementlərin faiz sıralaması aşağıdakı kimidi:
1. Oksigen - 65 %
2. Karbon - 18 %
3. Hidrogen - 10 %
4. Azot - 3 %
5. Kalsium - 1,5 %
6. Fosfor - 1,0 %
Bu qədər uzun girişdən sonra dindarlara iki sualım var:
SUAL: Əgər Allah bizi həqiqətən də quru gildən yaradıbsa, vücudumuzu əmələ gətirən karbon (18 %), azot (3 %), kalsium (1,5 %) və fosfor (1 %) elementləri hardan vücudumuza daxil olub? Mümkündür ki, Allah gili yoğurduğu vaxt Şeytan gizlicə bu elementləri gilin tərkibinə qatıb?