Gürcüstanda daha 508 nəfərdə koronavirus aşkarlanıb
Gürcüstanda son sutkada daha 508 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 9 753 nəfərə çatıb. Onların 4 887-si sağalıb, 58-i isə vəfat edib.
Karantin zonalarında 5 655, stasionar nəzarətdə 836 nəfər saxlanılır. 1 230 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: