"Dünyanın bir nömrəli terroçusu Qasım Suleymani öldürüldü" -
ABŞ prezidenti
ABŞ prezidenti Donald Tramp “Qüds” xüsusi birləşməsinin komandiri Qasım Süleymanini Birləşmiş Ştatların diplomatlarına və hərbi qulluqçulara hücum hazırlığında ittiham edərək İran generalını "dünyanın bir nömrəli terrorçusu" adlandırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti yerli televiziyada bildirib.
"Ötən gecə ABŞ hərbçiləri qüsursuz, yüksək dəqiqliklə zərbə endirdi, hansı ki, onun nəticəsində dünyanın bir nömrəli terroçusu Qasım Suleymani həlak oldu", - Tramp televiziyadakı çıxışında deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Suleymani "ABŞ diplomatlarına və hərbi qulluqçulara hücumlar" hazırlayıb.
Oxunub: 426
Xəbəri paylaş
Paylaş: