ABŞ üçün başlıca təhlükələr açıqlandı - Çin, Rusiya, İran...
ABŞ hökuməti ölkənin 2020-ci ildə üzləşdiyi başlıca təhlükələrin müxtəsər sadalandığı HTA (Homeland Threat Assessment – Vətənə Təhlükənin Dəyərləndirməsi) adlı sənədi yayımlayıb.
"Report" Vətənin Təhlükəsizliyi Departamentinə (DHS) istinadən xəbər verir ki, sənəddə qeyd olunan təhlükə mənbələri aşağıdakılardır:
- Həm xarici dövlətlər, həm də qeyri-dövlət qurumları tərəfindən kiber təhlükələr kəskin qalaraq daha da artacaq.
- COVID-19 pandemiyası ABŞ-ın iqtisadi rəqiblərinin əlinə amerika xalqını istismar etmək üçün yeni imkanlar verəcək.
- Çin, Rusiya, İran kiber imkanlarından istifadə etməklə 2020-ci il seçkilərinə müdaxilə üçün ölkənin mühüm infrastrukturunu təhlükəyə qoymağa, seçicilərə təsir göstərməyə çalışacaq.
- İdeoloji təsirlər altındakı fərdi şəxslər və kiçik qruplar böyük terror təhlükəsi yaradacaq.
- Transmilli kriminal təşkilatlar ölkənin ictimai səhiyyəsi və təhlükəsizliyini, habelə Meksika mənşəli qruplarla birgə milli təhlükəsizliyi təhdid edəcək.
- COVID-19 pandemiyası ilə bağlı Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi ölkələrindən gözlənilən köç dalğası ölkənin cənub-qərb regionunda iqtisadi və siyasi vəziyyətə mənfi təsir göstərəcək.
- Təbii yoluxucu xəstəliklər də amerikalıların gündəlik həyatını və təhlükəsizliyini təhdid edəcək.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: