“Miatsum” liderinin oğlu Qarabağda məhv edildi
1980-ci illərin sonunda Xankəndidə başlayan separatçı mitinqlərin əsas təşkilatçılarından olan Hraç Muradyanın oğlu Vigen Muradyan Ağdərə istiqamətində gedən döyüşlərdə məhv edilib.
Ermənistan mediası xəbər verir ki, bu barədə məlumatı işğalçı ölkənin müdafiə nazirliyi ilə yanaşı, Vigen Muradyanın atası da təsdiqləyib. Verilən məlumata görə, 25 yaşlı Muradyan “könüllülər batalyonu”nda döyüşüb. O, Lüləsaz yüksəkliyi istiqamətində zərərsizləşdirilib.
Vigen Muradyan serparatçılara yardım fondu kimi tanınan “Dro Kanayan” dərnəyinin də üzvü olub. Onun 29 sentyabrda öz “könüllü dəstəsi” ilə Dağlıq Qarabağa gəldiyi bildirilir.
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: