Ölməyən dədəmin olmayan goruna and olsun ki...
Ölməyən dədəmin olmayan goruna and olsun, parlamentimiz özünü buraxanda bilmişəm ki, Əflatun Amaşov Xaliq Bahadırın, Ənnagı Hacıbəylinin, Şamil Hacıbəylinin, Rövşən Hacıbəylinin, Rahim Hacıyevin doģulduģu rayondan deputat imiş. Allah haqqı, imam haqqı, Ətaģanın cəddi, Ulu Öndər, Dahi Rəhbər, görkəmli ictimai-siyasi xadim, müasir Azərbaycanın memarı (buna şəkk edirəmsə, atabaatama lənət), müqtədir siyasətçi Heydər Əliyevin ruhuna və dərgahına and olsun ki, məni "bandotdel"də zorlasaydılar da, bu beş qardaşdan utandıģımdan o rayondan deputat olmaga razılıq verməzdim!
Allah Hadı Rəcəblinin şəxsən ərizə ilə imtina etdiyi dədəsinə rəhmət eləsin, yenə abırlıymış ki...
Əlim üzümdə qaldı, hə, valla.
Dədəm öləndən sonra Allah ona qəni-qəni rəhmət eləsin ki, həmişə şillə-təpiklə də olsa, mənə anladıb ki, üz utanmalıdır.
Ay Bahadıroģulları, bu əzabı Allah bir də sizə yaşatmasın, amin!
p.s. siz allah, biri desin ki, ordan deputat olmayıb...