ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub
ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.“Report” xəbər verir ki, bu barədə “İnterfax” ərəb ölkələrinin KİV-inə istinadən məlumat yayıb.
Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad”aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.
İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: