Ermənistanda daha bir dəhşət:
koronavirus xəstələrinin sayı bir gündə 1000-i ötdü...
Ermənistanda son sutka ərzində 1 058 nəfər koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Beləliklə, koronavirusa yoluxanların sayı 58 624 nəfərə çatıb.
Globall.az-ın məlumatına görə, ölkədə 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 039 nəfər koronavirusdan ölüb, 10 561 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: