İrandan qəribə açıqlama: Trampı Çingiz xana bənzətdi...
Globall.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Trampın təhdidlərinə cavab olaraq İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında qeyd edib. O bildirib ki, ABŞ-ın Qərbi Asiyada varlığının sonu başlayır.
İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi isə Trampı bu açıqlamalarına görə İŞİD terror təşkilatına, Hitlerə və Çingiz xana oxşadıb, onların da mədəniyyətdən nifrət etdiyini bildirib.
Cəhromi ABŞ Prezidentini "kostyumlu terrorçu" adlandırıb və kiminsə İranın mədəniyyətini məhv etmək gücündə olmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mədəniyyət abidələri də daxil olmaqla, 52 obyektinin hədəfə alındığı barədə açıqlama yaymışdı
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: