Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
RUSİYADA ANTİ-MÜSƏLMAN DALĞASI PİK HƏDDƏ - “Xaç yürüşləri” nədən xəbər verir? /VİDEO
Nazirdən QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR - O məktəblər ya bağlanacaq..."
Press-fakt.az
    
  • Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi
    Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi
  • 
  • Prezidentlər Şuşada geniş tərkibdə görüşdülər -
    Prezidentlər Şuşada geniş tərkibdə görüşdülər - Sənədlərin mübadiləsi oldu /FOTO
  • 
  • Sentyabrda qar sürprizi -
    Sentyabrda qar sürprizi - Sulu qar yağacaq
  • 
  • Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi -
    Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
  • 
  • Agentlik sədri SAXTA DİPLOMLARLA bağlı məsələyə münasibət bildirib
    Agentlik sədri SAXTA DİPLOMLARLA bağlı məsələyə münasibət bildirib
  • 
  • Azərbaycanda bu istiqamətlər üzrə büdcə xərcləri kəskin azaldılır
    Azərbaycanda bu istiqamətlər üzrə büdcə xərcləri kəskin azaldılır
  • 
  • "Qarabağ" çətin sınaq qarşısınıda -
    "Qarabağ" çətin sınaq qarşısınıda -  "Benfika"nı məğlub etmək mümkündürmü?
  • 
  • Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda yazdı -
    Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda yazdı - DETALLAR
  • 
  • Azərbaycandan dörd ölkəyə idxal məhdudiyyəti:
    Azərbaycandan dörd ölkəyə idxal məhdudiyyəti: Mallar geri qaytarıldı
  • 
  • Akademiya bu mediatorlara yüksək məbləğdə pul verəcək -
    Akademiya bu mediatorlara yüksək məbləğdə pul verəcək - ADLAR
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident o evlə bağlı tapşırıq verdi - 
    Prezident o evlə bağlı tapşırıq verdi -  VİDEO
  • 
  • Bakının bəzi əraziləri yenidən qurulacaq -
    Bakının bəzi əraziləri yenidən qurulacaq - SƏRƏNCAM
  • 
  • 20 MİN DOLLARLIQ ANALIQ:
    20 MİN DOLLARLIQ ANALIQ: Təklifi QƏBUL ETSƏNİZ...
  • 
  • Polşa səmasında daha bir PUA vurulub
    Polşa səmasında daha bir PUA vurulub
  • 
  • Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir
    Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir
  • 
  • NATO Rusiya ilə faktiki müharibədədir -
    NATO Rusiya ilə faktiki müharibədədir - Kreml
  • 
  • “Ədalət Qəzzanın külündən qalxacaq”-
    “Ədalət Qəzzanın külündən qalxacaq”- Pezeşkian
  • 
  • "QƏZZADA ÖLDÜRÜLƏN fələstinlilərin sayı 680 MİN NƏFƏRDİR” -
    "QƏZZADA ÖLDÜRÜLƏN fələstinlilərin sayı 680 MİN NƏFƏRDİR” -  BMT DƏHŞƏTLİ rəqəm AÇIQLADI
  • 
  • Daha bir slavyan ölkəsində Maydan hazırlanır
    Daha bir slavyan ölkəsində Maydan hazırlanır
  • 
  • Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
    Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • İran İnqilabı keşikçiləri- Onlar kimdir? (ARAŞDIRMA)
  • “KÖLGƏLƏR KOMANDİRİ”NİN DÜNYANI SİLKƏLƏYƏN ÖLÜMÜ... - “İran ya susacaq, ya da qiyamət qoparacaq”
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • 40 İL KÖLGƏDƏ QALMIŞ HƏRBİ KƏŞFİYYATÇI ÜZƏ ÇIXIR: "Qüds"ün yeni komandanı İsmayıl Qaani haqda nə bilirik? - ARAŞDIRMA

    • Tarix: 7-01-2020, 14:48



     İnqilab Keşikçiləri Korpusu (İİKK) “Qüds” qüvvələrinin yeni komandanı İsmayıl Qaani ilk tvitini atıb: “Bismillahi-r Rəhmani-r Rəhim”.
    Yozum müxtəlif ola bilər, eyham kimi qavrama da mümkündür, amma bir sadə məna aydındır: “Artıq vəzifəmin icrasına başlamışam”.
    Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru və Obama administrasiyası dövründə Dövlət Departamentinin böyük məsləhətçisi olmuş Vəli Nəsrin fikrincə, “Qasim Süleymaninin ölümü “Qüds” briqadasını büdrədə və davamçısı onun qədər nüfuzlu olmaya bilər”.
    Bunu, əlbəttə, gələcək göstərəcək. Amma iddiadan öncə İsmayıl Qaanini yaxından tanımaq gərəkdir.
    Kimdir, İİKK-də hansı təcrübəyə və mövqeyə sahibdir?
    Ümumən Qaani haqqında məhdud bilgilər var. Farsdilli internet resurslarında yalnız doğum yeri göstərilib – Məşhəd. Nə anadan olma günü, ayı, nə də ili.



    Əslində, anlaşılandır, hərbi kəşfiyyat qurumunun təmsilçisi barədə bundan artıq məlumat axtarışı faydasız işdir. Amma bəzi mənbələrdə doğum ilinin 1958 olduğu göstərilib.
    Qaaninin sinninin çoxluğunu göstərən zahiri görkəmini nəzərə alaraq, bu tarix inandırıcı ola bilər.
    Eyni zamanda, bu tarix onun Qasim Süleymani ilə həmyaşıd olduğunu göstərir.
    Açıqlanan məlumatlara əsasən, İsmayıl Qaani İraqla müharibə illərində “Nəsr” və “İmam Rza” diviziyalarına rəhbərlik edib.
    Qərb mənbələri inqilabın ilk illərində Qaaninin İran Kürdüstanında etirazların yatırılmasına rəhbərlik etdiyini də qeyd edirlər.
    Qısası, onun “Sepah”da fəaliyyəti nə az, nə çox, düz 40 illik tarixə malikdir.
    Bütün digər bilgilər Qaaninin sərt əsgər, mühafizəkar mövqeli zabit, sistemin (nizamın) sədaqətli səlahiyyətlisi olduğunu göstərir.
    Bir neçə misal: 1990-cı illərin sonunda prezident kürsüsünə yiyələnmiş Məhəmməd Xatəmiyə ünvanlanmış etiraz məktubunda İsmayıl Qaaninin də imzası olub. Həmin dövrdə Qaani “masa arxasındakı danışıqların nəticə verməyəcəyini” söyləyərək islahatçı imicli Xatəmini Qərblə nüvə danışıqlarına görə tənqid edib.



    Mahmud Əhmədinejadın prezidentliyinin başlanğıcında o, İnqilab Keşikçilərinin Kəşfiyyat Xidmətinin rəhbəri olub. Daha sonra “Sepah”ın kəşfiyyat xidməti rəhbərinin və “Qüds” qüvvələri komandanının müavini kürsülərini tutub.
    2009-da, Əhmədinejadın qatıldığı ikinci seçkidə general Hüseyn Əlai “yaşıl hərəkat”ın lideri Mir Möhsün Musəvini (“Ettelaat” qəzetində) dəstəkləyərkən, həmkarını fikrindən döndərmək istəyən hərbçilər arasında Qaani də yer alıb. “Əziz qardaş! Əgər həmkarlarınızın qəlbini ağrıtmaq və düşmənin gülümsəməsini istəmirsinizsə, geri qayıdın, inamsızlıq, təkəbbür, ikiüzlülük və qlobal sionizm mediasındakı yazılarınızın və mövqeyinizin əksini araşdırın. Görmürsünüz ki, iddialarınız və qələminizin ləkəsi onların canına yağ çəkir və dodaqlarına təbəssüm qönçəsi qondurur?…”
    Yeri gəlmişkən, həmin dövrdə “yaşıl etirazlar”da İsmayıl Qaaninin oğlunun həbs olunduğu söylənsə də, “Fars” İnformasiya Agentliyi qısa zamanda xəbəri təkzib edib.
    İsmayıl Qaani arada-bərədə siyasi məclislərdə görünsə də, çıxışlar etsə də, heç vaxt İran mediasının cazibəsinə düşməyib, həmişə kölgədə qalıb.
    Qərb analitikləri “Qüds” qüvvələrinin yeni komandanı haqqında yazırlar: “Qaaninin əsas diqqəti Əfqanıstan, Pakistan və ümumiyyətlə, Orta Asiyaya yönəlib”. Eyni mənbələrdə onun Əhməd Şah Məsudun rəhbərlik etdiyi Şimal Alyansının “Taliban”a qarşı mübarizəsində xüsusi rol oynadığı söylənir.
    Keçən il İsmayıl Qaani Əfqanıstan milli təhlükəsizlik müşavirinin dəvəti ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanini Kabil səfərində onu müşayiət edib.
    Amma “Sepah” komandanının Azərbaycanda da izlərini görmək mümkündür. İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin xatirələrindəki ən azı bir qeyd bunu təsdiqləyir:



    “27 noyabr 1993.                                                                 
    Bu gün yağış yağdı. Səhər saat 9 idi. “Qüds” qüvvələrinin komandanı [cənab Əhməd Vahidi] və yoldaşları gəldi. “Sepah”dan cənab Qaaninin Azərbaycan Respublikasına səfəri barədə məlumat verdi: hərbi hazırlıq, tədarük və təşkil təmin edir. Bakı yaxınlığında qarnizonumuz var”.

    Suriyada vətəndaş qarşıdurması başladıqda, yəni təxminən 7 il əvvəl “ISNA” agentliyinin Suriyada İnqilab Keşikçilərinin olması ilə bağlı bir məlumatında İsmayıl Qaaninin adı çəkilib.
    “İslam Respublikası Suriyada olmasaydı, xalqın qətliamı geniş miqyas alacaqdı”, – açıqlaması vermiş general İslam Respublikasının Bəşər Əsəd rejiminə niyə kömək etdiyini izah edib: “Suriya – müqavimət coğrafiyasıdır…” Amma dərcindən bir saat sonra açıqlamanın mətni ISNA-nın saytından çıxarılıb.
    İsmayıl Qaaninin adı hallanan ən böyük siyasi qalmaqal Bəşər Əsədin Tehrana son qəfil gəlişi ilə bağlıdır.
    Yadınızdadırsa, XİN rəhbəri Cavad Zərif bu səfərdən bixəbər qalmışdı. Hərçənd Qasim Süleymani həmin vaxt Zərifin görüşdə yoxluğunu prezidentlə əlaqələndirmiş və Zərifə dəstək verərək yazmışdı: “Zərif – İran İslam Respublikasının xarici siyasətinə cavabdehdir və nizamın yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir”.



    Amma İsmayıl Qaaninin açıqlaması fərqli mənzərəni yaratmışdı: “Bəşər Əsəd Tehrana “Qüds” qüvvələri tərəfindən gətirilib və prezident səfərdən xəbərdar idi. Bunu bilməli olanlar bilirdi, bilməli olmayanlar bilməməliydi, çünki həssas məsələ idi”.
    Bununla belə, siyasi məsələlərdə bütün fikir ayrılıqlarına baxmayaraq, İsmayıl Qaaniyə göndərdiyi təbrik mesajında XİN rəhbəri nazirliyin onunla və “Sepah”ın “Qüds” qüvvələri ilə işləməyə hazır olduğunu vurğulayıb.
    Sərdar Süleymanidən sonra “Sepah” komandanlarının Həsən Ruhani hökuməti ilə eyni dar asma körpüdən üz-üzə gələrək necə keçəcəyini gözləmək və görmək lazımdır. Amma Ayətullah Xamnəinin əmri ilə “Qüds”ə yeni komandan gətirilmiş briqada generalı İsmayıl Qaaninin təyinatı barədə fərmanındakı bir cümlə qulağa sırğa edilməlidir: “”Qüds” qüvvələrinin proqramı şəhid Süleymaninin proqramı ilə eynidir”.


    Əziz RZAZADƏ.

    Oxunub: 514
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      16-09-2025
      16:15 | GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR?- Vergi, gömrük və cərimə proqnozları artırıldı /RƏQƏMLƏR
      16:00 | Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi
      15:55 | Prezidentlər Şuşada geniş tərkibdə görüşdülər - Sənədlərin mübadiləsi oldu /FOTO
      15:45 | Sentyabrda qar sürprizi - Sulu qar yağacaq
      13:55 | Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
      13:30 | RUSİYADA ANTİ-MÜSƏLMAN DALĞASI PİK HƏDDƏ - “Xaç yürüşləri” nədən xəbər verir? /VİDEO
      13:25 | Agentlik sədri SAXTA DİPLOMLARLA bağlı məsələyə münasibət bildirib
      13:20 | Azərbaycanda bu istiqamətlər üzrə büdcə xərcləri kəskin azaldılır
      13:15 | "Qarabağ" çətin sınaq qarşısınıda -  "Benfika"nı məğlub etmək mümkündürmü?
      13:00 | "Əhalinin dərman və tibbi ləvazimatlara xərcləri rekord səviyyədə artıb"- Deputat AÇILQLADI
      12:30 | Nazirdən QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR - O məktəblər ya bağlanacaq..."
      12:10 | Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda yazdı - DETALLAR
      12:00 | Azərbaycandan dörd ölkəyə idxal məhdudiyyəti: Mallar geri qaytarıldı
      11:55 | İsrail Qəzzaya qurudan hücuma keçdi: Tanklar şəhərə girdi
      11:45 | Akademiya bu mediatorlara yüksək məbləğdə pul verəcək - ADLAR
      11:35 | GƏLƏN İL BÜDCƏMİZ HARALARA XƏRCLƏNƏCƏK? - Maliyyə Nazirliyi AÇIQLADI
      11:30 | Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib - MƏHKƏMƏ
      11:25 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 4 %-ə yaxın artırır
      11:20 | “Onun kimi satqınlar və vətən xainləri...”- Kadırov Puqaçovanı Dudayevə görə təhqir etdi
      11:15 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | VƏKİLLİKLƏ BAĞLI NƏLƏR DƏYİŞİR? - KİMLƏR VƏKİL OLA BİLƏCƏK? /Bütün DETALLAR
      01:00 | Müharibədən sonra RUSİYANI GÖZLƏYƏN FƏLAKƏT - MİNLƏRLƏ ƏLİ SİLAHLI QATİL GERİ QAYIDACAQ...
      00:45 | Prezident o evlə bağlı tapşırıq verdi -  VİDEO
      00:40 | Bakının bəzi əraziləri yenidən qurulacaq - SƏRƏNCAM
      00:35 | 20 MİN DOLLARLIQ ANALIQ: Təklifi QƏBUL ETSƏNİZ...
      00:30 | Polşa səmasında daha bir PUA vurulub
      00:27 | Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir
      00:25 | NATO Rusiya ilə faktiki müharibədədir - Kreml
      00:20 | "İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir"- BMT-yə üzvlüyünün dondurulması tələb edildi
      00:15 | “Ədalət Qəzzanın külündən qalxacaq”- Pezeşkian
      00:13 | "QƏZZADA ÖLDÜRÜLƏN fələstinlilərin sayı 680 MİN NƏFƏRDİR” -  BMT DƏHŞƏTLİ rəqəm AÇIQLADI
      00:10 | Daha bir slavyan ölkəsində Maydan hazırlanır
      00:05 | Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
      00:03 | Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTOLAR
      00:00 | Rəqqada gizli tunellər aşkarlandı -  Türkiyəyə doğru qazılır
      15-09-2025
      20:00 | RUSİYA BELARUSDAN KİYEVƏ HÜCUM EDƏ BİLƏR -  30 minlik qoşun hara göndəriləcək?
      19:50 | Yeni İşçi Qrup YARADILDI -  Samir Şərifov rəhbərlik edəcək /ADLAR
      19:45 | Bakıda və rayonlarda leysan yağacaq -  XƏBƏRDARLIQ
      17:45 | Nepalın Müvəqqəti Baş Naziri seçildi və... 6 ay sonra gedəcəyini elan etdi
      17:00 | YAPON MÖCÜZƏSİ və ya Uzunömürlülüyün sirləri
      16:30 | "ChatGPT"yə bu məlumatları verməyin - TAM SİYAHI
      16:20 | ICESCO-nun Baş direktoru "Dostluq" ordeni ilə təltif edilib
      16:15 | Masallı və Salyandan İtaliya və Fransaya qurbağa əti ixrac olunur - 150 qramı 10-40 avroya satılır
      16:00 | Ermənilər Kərkicahanda dinc SAKİNLƏRİ NECƏ ÖLDÜRÜB?- Məhkəmədə sənədlər AÇIQLANDI
      15:45 | "Rusiya, əslində, Ukraynadakı müharibəni uduzur"- Kit Kelloq
      15:35 | "Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb"- Səhiyyə komitəsinin sədri
      15:30 | İcra başçısının "Sea Breeze"də dava edən qohumu həbs olundu
      15:15 | İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
      15:00 | UKRAYNA RUSİYANIN “ÜRƏYİNƏ” ZƏRBƏLƏR ENDİRİR - Neft-qaz infrastrukturunun yarısı yararsızdır
      14:50 | Kim Çen In yeni təlimatlarını açıqladı -  "Hamburger" deyənlər edam ediləcək
      14:45 | Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
      14:40 | Ötən il məhkumlar bir sıra tibbi xidmətlərdən istifadə edə bilməyib
      14:30 | Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik -  Paşinyan
      14:00 | PEZEŞKİANIN VALİDEYNLƏRİ: 7 BACI-QARDAŞIN 5-İNCİSİ: “Atam da türkdür, anam da!” - FOTOLAR
      13:55 | Tramp növbəti dəfə Venesuelanı hədələdi: Mübarizəmiz davam edəcək!
      13:45 | Paşinyanın açdığı məktəbdə “Azərbaycan bayrağı” qalmaqalı - Stulların rəngi ilə "hörmətsizlik"
      13:40 | Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
      13:35 | Hava proqnozu açıqlandı: Sabah leysan yağacaq
      13:15 | MEDVEDEV BU DƏFƏ NATO-nu HƏDƏLƏDİ:  “NATO ölkələri Ukraynada bizim PUA-ları vursa...”
      13:10 | Pezeşkian müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb
      13:05 | “Ermənistanın silah bazarları məhdudiyyətsizdir”- Paşinyan irəvanın silahlandığını etiraf etdi
      13:00 | Məhəmməd Mirzəli qiyabi olaraq 6 il 6 ay azadlıqdan məhrum edilib
      12:55 | "Togg"-un yeni modeli "T10F" satışa çıxdı - Qiyməti açıqlandı
      12:45 | AZƏRBAYCANDA ƏN YÜKSƏK MAAŞI KİMLƏR ALIR?- Bu sahədə çalışanlar 3-4 min manat qazanır
      12:30 | 7 KÖRPƏNİN ÖLDÜYÜ xəstəxananın sabiq direktoru iki dəfə ölkəni tərk edib - MƏHKƏMƏ
      12:25 | XİN Bakının azad edilməs ilə bağlı bəyanat yaydı
      12:15 | Prezident Xocalı rayonunun Badara kəndində -  FOTOLAR
      12:10 | Paşinyan KTMT-ni “topa tutdu”:  Azərbaycana qardaş ölkə kimi yanaşıb
      12:00 | “VƏTƏNİM MƏNƏ XƏYANƏT ETDİ”- Puqaçovanın müsahibəsi Rusiyanı qarışdırdı /VİDEO
      11:50 | MOSSADdan İranla bağlı sensasion MESAJ: “Yerini dəqiq bilirik!..”
      11:44 | Xankəndidə terrora cəhd edən hay keçən il "mən azərbaycanlıyam" demişdi - VİDEO
      10:40 | Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etməklə hədələyib
      10:30 | Bu gün Azərbaycanda BİLİK GÜNÜ qeyd olunur
      00:30 | Türkiyə əsilli Sinan Selen Almaniyanın ƏKS-KƏŞFİYYATINA RƏHBƏRLİK EDƏCƏK - "Bild"
      00:21 | “Türkiyə müxalifəti burulğanda çabalayır”- Ərdoğan
      00:20 | Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
      00:15 | Britaniya Azərbaycanla strateji tərəfdaş olduğunu elan etdi
      00:13 | Keçmiş prezident Atambayevin ailəsi zorla evindən çıxarıldı
      00:11 | "Kirkin qətlində şübhəli bilinən şəxs TƏKADAMLIQ KAMERADA SAXLANILIR"- Fox News
      00:10 | Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı
      00:07 | İran BMT-də Fələstin dövlətinə niyə səs vermədi? - Detallar
      00:05 | Yağış yenə Sabunçuda yenə çətin vəziyyət yaratdı...- VİDEO
      00:00 | “Biz Üçüncü dünya müharibəsinin astanasındayıq”- Berns
      14-09-2025
      21:50 | Separatçılığın kitabı bağlandı, Azərbaycan suverenliyini tam bərpa etdi - İlham Əliyev
      21:31 | İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?- ...Quranda belə bir hökm yoxdur
      19:30 | XANKƏNDİDƏ ERMƏNİ ƏSİLLİ SAKİN TERRORA CƏHD ETDİ - Polisə atəş açıb, yaralanan var
      19:25 | Rusiyalı səfir Zəngəzurdan danışdı: “Çoxlu sual işarəsi var”
      19:20 | İsrailin taleyi həll olunur: 60-dan çox lider toplandı
      19:15 | İham Əliyev Xankəndidə açılışda iştirak etdi -  FOTOLAR
      19:00 | Türkiyə XİN Yunanıstana etiraz edib - "Belə təşəbbüslərdən çəkinməyə çağırırıq"
      16:10 | İSLAM ÖLKƏLƏRİNİN YENİ GÜC MƏRKƏZİ QURULUR - İtirən tərəf ABŞ və İsrail, qazanan tərəf Türkiyədir
      16:05 | Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO
      16:00 | ABŞ-yə məxsus beş "F-35" qırıcısı Puerto-Rikoya enib - "Reuters"
      15:55 | "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"- Çingiz Abdullayev
      15:45 | Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu -  FOTOLAR
      15:00 | TƏBRİZİN "Traktor"unun ÇL oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ -  VİDEO
      14:55 | Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
      14:45 | İlham Əliyev Hadrut qəsəbəsində MƏSCİDİN AÇILIŞINDA -  FOTO
      14:40 | Noyabrın 1-dən Ermənistanın sərhəd möhüründə Ağrıdağın təsviri olmayacaq
      14:30 | Sentyabrın 15-i Bakıda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.