ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı silah embarqosunun müddətinin başa çatdığını bəyan edib.
“ABŞ İrana silah satışı və tədarükünü həyata keçirən, eləcə də, silahlarla bağlı texniki hazırlıq, maliyyə dəstəyi və digər xidmətlər həyata keçirən istənilən şəxsə və ya təşkilata qarşı özünün bütün səlahiyyətlərindən istifadə edəcək”, - ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunub.
Oxunub: 428
Xəbəri paylaş
Paylaş: