İran parlamenti ABŞ ordusunu terror təşkilatı kimi tanıdı
İran parlamenti yekdilliklə ABŞ ordusunu və Pentaqonu terror təşkilatı kimi tanıyan qanun layihəsini qəbul edib.
Globall.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu qanun layihəsi Qasım Süleymaninin İraqda öldürülməsindən sonra qəbul edilib.
Parlament tərəfindən dəstəklənən təşəbbüsün bəndlərindən birində İran hökumətinin ölkənin milli inkişaf fondundan “Qüds” xüsusi təyinatlı qüvvələrinə 200 milyon avro ayırmalı olduğu qeyd edilib.
Xatırladaq ki, yanvarın 6-da ABŞ Prezidenti Donald Tramp ölkəsinin 52 İran obyektini, o cümlədən, mədəni irs abidələrini hədəfə aldığını vurğulamışdı.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: