Səudiyyənin tarixində ikinci qadın səfir -
Kralın təyinatı
Səudiyyə Ərəbistanı kralı Amal bint Yəhya əl-Muallimi ölkənin Norveçdəki səfiri təyin edib.
Strateq.az WAS-a istinadla xəbər verir ki, yeni səfir kral Salman bin Əbdüləziz qarşısında and içib.
Əl-Muallim Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndar əl-Səuddan sonra səfir təyin olunan ikinci qadındır.
O, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimin bacısıdır və əvvəllər təhsil və sosial inkişaf nazirliklərində bir sıra vəzifələr tutub, habelə Səudiyyə cəmiyyətində qadın hüquqlarının qorunmasında mühüm rol oynayıb.
Oxunub: 341
Xəbəri paylaş
Paylaş: