Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • DÜNYA UNİVERSİTETLƏRİ: DÜNƏNDƏN BU GÜNƏ
  • “Ya rus olsun, ya yəhudi, azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini
  • Yeni milli təhlükəsizlik strategiyası Konqresə təqdim edilib - ABŞ RESPUBLİKAÇILARI ÇİN, RUSİYA VƏ İRANI HƏDƏFƏ GÖTÜRÜRLƏR /Tam mətn
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • Azərbaycanda rusdilli təhsil eyforiyası - Keyfiyyəti aşağı, təhlükəsi böyük! /Araşdırma

    • Tarix: 9-10-2020, 14:11



    Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə qadağa qoyulmalıdır

    “Cəmiyyət olaraq ana dilli təhsilimizin yad siyasətin və təhlükəli ideologiyaların qurbanına çevirməsinə imkan verməməli, əksinə bunun qarşısını almalıyıq”



    Mübariz AğalarlıTarix üzrə fəlsəfə doktoru, dosent

    Məşhur amerikan siyasətşünaslarından biri qeyd edirdi ki, Amerika universitetləri ona görə güclü deyil ki, Amerika dövləti güclüdür, Amerika dövləti ona görə güclüdür ki, Amerika universitetləri güclüdür.

    Həqiqətən də, hər bir dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi və strateji gücünün təməlində elm və təhsil sisteminin nə dərəcədə mükəmməl və rəqabət dayanıqlılığı durur. Təbii ki, bu dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti ilə xarakterizə olunursa, digər tərəfdən öz milliliyini, ənənəviliyini qorumaqla ölkəni yad mədəniyyət və ideologiyalardan hifz etməlidir.

    Məlumdur ki, yüz illər boyu ölkəmizdə yerli mədəniyyət və elm-təhsil sistemi ilə gəlmə mədəniyyətlər və təhsil institutları arasında ciddi rəqabət olmuş, nəticə etibarı ilə yerli mədəni dəyərlərimiz və təhsil sistemimiz üstünlüyünü və ənənəviliyin qoruyub saxlamışdır. İki yüz illik bir müddətdə Azərbaycanda mövcud olan və öz mövcudluğunu israrla qorumağa çalışan rus təhsil sistemi bu gün də yerli və milli mahiyyətli təhsil sistemimiz ilə açıq rəqabət müstəvisindədir.

    Qeyd edək ki, Çar Rusiyası və Sovet imperiyası dövründə Azərbaycanda rus təhsil sistemi hegemon funksiyaya malik olmaqla Azərbaycan təhsilinin metropoliyası funksiyasında çıxış etsə də, müasir dövrdə rus təhsil sistemi Müstəqil Azərbaycan Respublikasında rusdilli məktəblər əsasında öz mövqeyini qorumağa çalışır.

    Məlumdur ki, zaman-zaman gündəmə gətirilən, Azərbaycanda mövcud olan rus məktəbləri “problemi” son günlər yenidən aktual müzakirə mövzusuna çevrilmişdir. Bu məsələ ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur.

    Bir qrup insanlar ölkəmizdə çoxsaylı rus məktəblərinin mövcudluğunu müstəqil dövlətçilik prinsiplərinə zidd hesab edərək bunu milli təhsil sisteminə, ana dilinə, milli məfkurəmizin formalaşmasına ciddi problem və alternativ hesab edir, bu məktəblərin bağlanmasının vacib olduğunu vurğulayırlar.

    Digər kəsim insanlar isə rus məktəblərinin bağlanacağı təqdirdə təhsil sistemində keyfiyyət səviyyəsinin aşağı düşəcəyini, cəmiyyətimizin dünyaya inteqrasiya baxımından mənfi tendensiyalarla üzləşəcəyini vurğulayaraq, bu təşəbbüslərin yolverilməz olduğunu əsaslandırmağa çalışırlar. Hətta bu istiqamətin tərəfdarları bölgədə mövcud olan geosiyasi vəziyyətin dövlətçiliyimizə təhdidlər yaradacağını da qeyd etməkdən çəkinmirlər.

    İlk növbədə qeyd edək ki, Azərbaycanda rus məktəblərinin fəaliyyətə XIX əsrin 30-cu illərinə təsadüf edir. Sovet imperiyası dövründə isə Azərbaycan təhsili çoxəsrlik tarixə malik olan ənənəvi təhsildən məhrum edilmiş, rus təhsil sistemi əsasında formalaşmış, rusdilli məktəblərin sayı isə daha da çoxalmışdır.



    Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan cəmiyyətində milli şüurun oyanışı, milli-mənəvi dəyərlərə qayıdış, təhsil sisteminin yenidən milli əsaslar üzərində qurulması və inkişafı istiqamətində atılan addımlar, rus təhsil sistemini və rus məktəblərinin perspektivliyini arxa plana keçirmişdir. Həmçinin Azərbaycan təhsil sisteminin qərbyönümlü istiqamətdə inkişaf meylləri və yeni təhsil çalarlarının meydana gəlməsi sovet təhsil sistemindən imtinanı daha da sürətləndirmişdir.

    Müasir şəraitdə istər qərb, istərsə də ənənəvi rus təhsil sisteminin müsbət dəyərlərindən bəhrələnərək, milli təhsil sistemini inkişaf etdirməyə çalışan cəmiyyətimiz üçün ölkəmizdə mövcud olan əcnəbi, xüsusilə də rus məktəblərinin təhsil sistemində oynadığı neqativ və yaxud pozitiv rol, öz aktuallığını saxlamaqdadır.

    Qeyd edək ki, Azərbaycanda digər əcnəbi məktəblərin təsir imkanları o qədər də böyük deyildir. Bunu şərtləndirən əsas amillərdən biri, bu məktəblərin azsaylı olması, ödənişli təhsil verməsi və şagird kontingentinin məhdudluğudur.

    Lakin mövcud vəziyyətdə əlavə imtiyazlara sahib (dövlət statuslu olması, dövlət hesabına maliyyələşməsi və s.) və təhsil sistemində nəzərəçarpacaq dərəcədə saya malik rus məktəblərinin mövcudluğu bu mövzunun müzakirəsinə bir daha əsas yaratmışdır.


    Azərbaycanda nə qədərr rus dilində təhsil verən məktəbə ehtiyac var?


    Məlumdur ki, dünyada mövcud olan müstəqil dövlətlərdə əsas təhsil sistemi aparıcı etnosun milli təhsil dəyərləri əsasında formalaşır və tədris prosesi bu etnosun rəsmi dövlət dilində həyata keçirilir. Bu dövlətlərdə yaşayan milli azlıqlara isə öz dillərində təhsil almaq üçün hüquqi əsaslarla təsbit olunmuş təhsil imkanları yaradılır.

    Mövcud dünya standartlarına uyğun olaraq Azərbaycanda da təhsil sistemi və təhsil prosesi bu meyarlar əsasında fəaliyyət göstərməkdədir. Ölkəmizdə təhsil sistemi ənənəvi milli dəyərlər üzərində qurulmuş, milli azlıqlara isə Konstitusiyamızda təsbit olunmuş təhsil hüququndan istifadə edərək təhsil alma imkanları yaradılmışdır. Bu siyasi və hüquqi təsbitləri mövcud statistik rəqəmlərlə əsaslandırmağa çalışaq.



    İlk növbədə qeyd edək ki, Azərbaycanda mövcud olan təhsil sistemi haqqında geniş şəkildə təhlil aparmaq üçün müvafiq dövlət qurumlarının açıqladığı statistik rəqəmlər olduqca məhdud və yetərsizdir. Buna baxmayaraq təhsil qurumlarının nümayəndələrinin mətbuata verdiyi rəsmi açıqlamalar, müstəqil təhsil ekspertlərinin apardığı təhlillər, KİV vasitəsilə əldə edilən rəsmi qaynaqlı məlumatlar əsasında ümumi mənzərəni canlandırmaq mümkündür.

    2019-2020-ci il rəsmi məlumatlarına görə, Azərbaycanda cəmi 4443 sayda orta məktəb (bəzi məlumatlara görə, 4472) vardır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bundan əlavə respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərməkdədir. Ümumilikdə Azərbaycanda Bakı şəhəri də daxil olmaqla 340 məktəbdə rus dilində tədris aparılır. Ümumilikdə bu məktəblərdə 95-100 min şagird rus dilində təhsil alır.

    Məlumdur ki, Azərbaycanda 120 min nəfər rus mənşəli vətəndaş yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə 10 milyondan bir az artıq əhali sayı mövcuddur, ümumtəhsil məktəblərinin say dinamikasına görə rus mənşəli vətəndaşlarımızın təhsil hüququnun tamamilə təmin olunması üçün 44-50 sayda rus məktəbi yetərlidir.

    Həmçinin azərbaycanlı vətəndaşlarımızın müəyyən hissəsi rus təhsilli olduğu üçün onların övladlarının təhsil hüququnun təmin olunması da olduqca vacib məsələlərdən biridir. Çünki respublikamızın Ali Qanununa görə, hansı dildə danışmasından asılı olmayaraq, bütün şəxslər təhsil hüququ ilə təmin olunmalıdırlar. Bu meyardan çıxış edərək, rusdilli vətəndaşlarımızın təhsil alma imkanlarını məhdudlaşdırmaq yolverilməz və qanundan kənar haldır.

    Nəzərə alsaq ki, Azərbaycanda təqribən 350-400 min azərbaycanlı rusdilli vətəndaş var və onların övladlarının təhsil hüququnu təmin etmək üçün orta məktəblərin ümumi say dinamikasına görə bölgü aparsaq 150 rus məktəbinin yetərli olduğu qənaətinə gəlmək olar. Ümumilikdə ölkədə rus mənşəli və rus təhsilli azərbaycanlı ailələrin övladlarının rus dilində təhsil alması üçün 200 rus məktəbinin fəaliyyəti yetərlidir.

    Mövcud statistik rəqəmlərə baxdığımızda ölkəmizdə fəaliyyət göstərən rus məktəblərinin sayı mövcud rusdilli əhalinin tələbatından ən azı 140 məktəb artıqdır. Məlumdur ki, bu məktəblərin şagirdlərlə təmin olunması Azərbaycan təhsilli ailələrin övladları hesabına həyata keçirilir.


    Rus məktəblərində təhsilin keyfiyyəti hansı səviyyədədir?


    Azərbaycan cəmiyyətində formalaşan ümumi fikrə görə, rus məktəblərində təhsilin keyfiyyəti, ümumi mədəni dünyagörüşü Azərbaycan məktəblərindən üstündür. Bu amil Azərbaycan təhsilli ailələrin öz övladlarını rus məktəblərində oxumağa stimullaşdıran amillər kimi dəyərləndirilə bilər. Bu fikrin nə dərəcədə doğru və ya yanlış olduğunu dəqiqləşdirmək üçün statistik rəqəmlərə müraciət edək.

    Dövlət İmtahan Mərkəzinin 2020-ci il qəbul prosesinin yekunları ilə bağlı açıqladığı ilkin nəticələrə görə, bu il ali məktəblərə qəbul olmaq üçün I-IV qruplar üzrə sənəd verən 71224 abituriyentin 65194-ü Azərbaycan, 6030-u isə rus məktəblərinin məzunları olmuşdur.



    Rus məktəblərini bitirən məzunlardan I qrup üzrə sənəd verən 2479 abituriyentdən 200 keçid balından yuxarı nəticə göstərən məzunların sayı 908 nəfər (36,6 %) olmuşdur.II qrup üzrə, 1343 abituriyentdən 600 nəfər (44,7%), III qrup üzrə 1561 abituriyentdən 853 (54, 7%), IV qrup üzrə 642 abituriyentdən 372 nəfər (58%) keçid balı toplayaraq ali məktəblərə qəbul olmaq üçün imkan əldə etmişlər. Analoji olaraq bu nəticə Azərbaycan bölmələrində - I qrup üzrə 27750 abituriyentdən 9435 (34%), II qrup üzrə 13773 abituriyentdən 5769 (41,9%), III qrup üzrə 20604 abituriyentdən 12560 (60,9%), IV qrup üzrə 4410 abituriyentdən 3269 (74,1%) nəfər şəklində olmuşdur.

    Ümumilikdə isə qəbul prosesində Azərbaycan bölməsində 65194 abituriyentdən 31033-ü (47,6%) ali məktəblərdə tələbə adını qazanmaq imkanı əldə etdiyi halda, rus bölməsində bu rəqəm 6030 məzundan 2733 (45,3%) nəfərin tələbə adına layiq olduğunu göstərir.

    Bu statistik rəqəmlərə baxdığımızda, rus bölməsini bitirən məzunların Azərbaycan bölməsini bitirən məzunlardan daha üstün təhsilli olması fikri özünü doğrultmur.

    Rus məktəblərində təhsil keyfiyyətinin Azərbaycan bölmələrindən üstünlüyünü digər statistik məlumatlar da təsdiq etmir. Belə ki, bu il 200 baldan yuxarı keçid balı toplayan abituriyentlərdən 600 ballıq şkalanı keçənlərin sayı Azərbaycan bölməsi üzrə 1644 nəfər (5,3%) olduğu halda, rus bölməsində bu say cəmi 133 nəfər (4,9%) olmuşdur.


    Ali məktəblərdə rus bölmələrinə aşağı balla daxil olmaq imkanı ailələristimullaşdırır


    Qeyd edilən bu statistik rəqəmlər onu göstərir ki, rus bölmələrində təhsilin keyfiyyətinin daha da yüksək olması ilə bağlı cəmiyyət arasında mövcud olan eyforiya öz təsdiqini tapmır.

    Yəni ümumilikdə hər il təqribən rus dilində təhsil alan 6030 nəfər məzundan 2733 nəfəri (45,3%) ali məktəblərə qəbul şansı qazansa da, 3297 nəfər (54,7%) bu imkandan məhrum olaraq, sadəcə, rus dilini bilən sıravi topluma çevrilir. Beləliklə, bu şəxslər uzun illər boyu ali təhsilli rus “intelligenti” olmaq arzusunu gerçəyə çevirmək imkanından məhrum olurlar. Sadəcə, 11 illik rus təhsili prosesində ən yaxşı halda rus dilini öyrənməklə kifayətlənirlər.

    Digər tərəfdən, ümumi statistik rəqəmlərdən məlum olur ki, hər il ali məktəblərin eyni ixtisasına Azərbaycan bölməsinin məzunlarından tələb olunan qəbul balları, rus bölməsi abituriyentlərindən tələb olunan ballardan nəzərəçarpacaq dərəcədə yüksəkdir (Məsələn, BDU hüquq ixtisasında ödənişli əsaslarla Azərbaycan bölməsinin abituriyentləri üçün keçid balı 568 olduğu halda, rus bölməsi üçün 494-ə bərabərdir və s.). Bu isə bütün tələbələrin bərabər şəkildə təhsil almaq hüququna və ədalətlilik prinsipinə kölgə salır. Digər tərəfdən, bu fakt Azərbaycan təhsilli ailələrin öz övladlarını kütləvi şəkildə rus məktəblərində oxutdurmaq həvəsini stimullaşdırır. Bu problem aradan qaldırılmalı, ixtisaslar üzrə keçid balı hansı dildə təhsil almasından asılı olmayaraq, hamı üçün eyni olmalıdır!

    Azərbaycan Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkədə insan kapitalı inkişaf etdirilməli və dövlətin büdcəsinə əlavə gəlirlər gətirməlidir. İqtisadçıların verdiyi rəsmi rəqəmlərə əsasən, hər il dövlət büdcəsindən rus məktəblərinə milyon manatlarla vəsait ayrılmasına baxmayaraq, statistik rəqəmlər rus təhsilinin keyfiyyət baxımından rentabelli olduğunu deməyə imkan vermir, həmçinin bu təhsil lazımi nəticəni verməyərək cəmiyyətimizdə və Azərbaycan təhsil sistemində keyfiyyət dəyişikliyi yarada bilmir.


    Rus məktəblərinin genişlənməsi dövlətimizin gələcəyinə təhlükədir!


    Eyni zamanda ümumilikdə götürdükdə əcnəbi dilli şəxslərin Azərbaycan cəmiyyətinə “töhfə” verdiyi özgə mədəniyyət və ideologiyanı da nəzərə alsaq, istər dövlətimizin, istərsə də cəmiyyətimizin itkiləri daha çox ola bilər.

    Qeyd olunduğu kimi, rus məktəblərində “xoşbəxtlik” axtaran, xüsusilə də Azərbaycan təhsilli ailələrin övladlarının böyük əksəriyyətinin sonda ali təhsilsiz rusdilli insan kütləsinə çevrilməsi bu təhsil istiqamətinin geniş yayılmasının nəticə etibarilə perspektivini və əhəmiyyətliliyini şübhə altına alır.

    Qeyd edək ki, ölkəmizdə artıq sayda mövcud olan rus məktəblərinin genişlənməsində vətəndaşlarımızın da məsuliyyəti böyükdür. Böyük əksəriyyəti rus dilini bilməyən və yaxud övladları orta məktəbdə təhsil prosesinə başlayarkən rus dilində minimal təhsil bazasına malik olmayan bəzi azərbaycanlı ailələri bilərəkdən, ya da bilməyərəkdən öz övladlarını ana dilini bilməyən sıravi və ali təhsilsiz vətəndaş kimi yetişdirirlər. Təbii ki, bu prosesdə ailələrin müəyyən qədər məsuliyyəti olsa da, həmçinin Azərbaycanda təhsil prosesini həyata keçirən müvafiq qurumların da bu məsələləri tənzim etmək üçün cəmiyyət qarşısında öhdəliyi vardır.

    Yuxarıda qeyd olunan statistik rəqəmlərin verdiyi məlumatlar əsasında aparılan təhlildən bu qənaətə gəlmək olar ki, mövcud problemi, rus məktəblərinin tamamilə bağlanması və yaxud onların sayının artırılması ilə həll etmək mümkün deyildir.



    Bu problemi həll etmək üçün ölkəmizdəki rus məktəblərinin sayını, Azərbaycan vətəndaşları olan rus mənşəli əhali və rus təhsilli azərbaycanlı ailələrin ümumi sayına uyğun olaraq müəyyən etmək lazımdır. Həmçinin təhsilimizin inkişafında ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayan və Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə isə qadağa qoyulmalı, yaxud növbəti illərdən bu məktəblərin sayı nəzərəçarpacaq dərəcədə azaldılmalıdır.

    İslam Peyğəmbəri “elm Çində belə olsa, arxasınca get” - deyərək, təhsil almağı vacib sayır. Lakin unutmaq lazım deyil ki, elm və təhsil ümumbəşəri dəyərlər sisteminə söykənərək hər bir ölkə üçün müsbət nailiyyətlər qazandırmaqla yanaşı, mənfi tendensiyalar da doğura bilir.

    Qloballaşan dünyamızda mədəniyyətlər arasında ciddi rəqabət getdiyi bir dövrdə cəmiyyətimiz bu tendensiyaları nəzərə almalı, ölkəmizə daxil olan yabançı ideologiya və mədəniyyətlərin yayılmasına stimul verən əcnəbidilli tədris prosesinə xüsusi diqqət yetirməli, öz milli və mənəvi dəyərlərimiz üzərində qurulan, ana dilli məktəblərimizin hegemonluğuna nail olmalıdır.

    Unutmayaq ki, təhsil eyni zamanda ən böyük siyasət, ən təhlükəli ideologiyadır. Biz bir cəmiyyət olaraq ana dilli təhsilimizin yad siyasətin və təhlükəli ideologiyaların qurbanına çevirməsinə imkan verməməli, əksinə bunun qarşısını almalıyıq. Bu, bizim sadə bir vətəndaş borcumuzdur. Gəlin, bu borcumuzu layiqincə yerinə yetirək!

    Oxunub: 495
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.