Prezident azad edilən yeni ərazilərin adını açıqladı -
Ordumuz Qubadlı rayonunu da düşməndən təmizləyir!
Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı paylaşımlar edib. Paylaşımlarda deyilir:
“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Ali Baş Komandan İlham Əliyev özünün növbəti tvittində isə Ordumuzun Qubadlı rayonunu da düşməndən təmizləməyə başladığı xəbərini verib: "Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Oxunub: 526
Xəbəri paylaş
Paylaş: