Tramp İranın zərbələrinə münasibət bildirib:
"Hər şey qaydasındadır"
ABŞ prezidenti Donald Tramp İranın raket hücumunun nəticəsinə görə bəyanatla çıxış edəcəyinə söz verib.
“Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”-dəki səhifəsində yazıb.
"Hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Amma hamı, hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəyəm", - deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb.
Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: