Bu gedişlə Əliyeva İrəvanda festival keçirəcək – erməni KİV-ləri
“Bir anlıq digər deputatların və baş nazirin öz dostlarının təşəbbüsünü mühakimə edəcəkləri, hətta onu istefaya çağıracaqları düşünülsə də, gözlənilənin əksi baş verdi. Sən demə, bu ideyanı Ermənistan parlamenti Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan dəstəkləyirmiş. Hətta Ayk Sərkisyan iddia edir ki, onun həmkarları arasında bu məsələni dəstəkləyən çoxlu şəxs var”, - deyə nəşr yazır və belə bir qənaətə gəlir ki, məsələnin nəzəri hissəsini Mehriban Əliyeva diktə edir, Ayk Sərkisyan və Andranik Köçəryan isə onu təcrübədə tətbiq edir.
Erməni mənbəsi məqaləni qəmli notlarla yekunlaşdıraraq, tezliklə nəinki Qarabağda muğam oxunacağı, həm də İrəvanda muğam festival keçiriləcəyi fikri ilə tamamlayır.