Azərbaycan Ordusu Şuşanın həndəvərindədir -
Separatçıların lideri bəyanat yaydı
Qarabağ separatçılarının lideri Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.
Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: "Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa - olsun bu şəhərə yiyələnmək istəyirlər".
Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.
"Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş", - deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: