Donald Tramp "böyük yalan"ın üstünü açdı
İraqdakı ABŞ bazalarına endirilmiş "uğursuz" raket zərbələrinin üzərindəki sirr pərdəsi açılmaq üzrədir.
"Heç kim ölməyib, heç kimə zərər dəyməyib. Rraketlərin sayı 16 olub, onlardan dördü hədəfə dəyməyib. Ola bilsin ki, onlar vurmaq istəməyiblər və ya nəsə baş verib. Heç kim yaralanmayıb. Mən yaxşı mənada təəccübləndim", - deyə Tramp vurğulayıb.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.