ABŞ-da koronavirusa yoluxmada növbəti rekord -
244 min 169 insan ölüb
ABŞ-da son sutka ərzində 154 576 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord günlük göstəricidir.
Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.Əvvəlki rekord 153 496 nəfərin yoluxduğu 12 noyabr tarixində qeydə alınmışdı.Ümumilikdə ABŞ-da təxminən 10,7 milyon nəfər virusa yoluxub, 6,3 milyon nəfər sağalıb, 244 169 insan ölüb.Dünyada koronavirusa yoluxanların sayı 52,48 milyonu ötüb, virusdan 1,29 milyondan çox insan ölüb.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: