Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər
Report-un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə əraziyə gələn nümayişçilər əllərində 15 iyul 2016-cı ildə Tükiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı haqqında məlumatların əks olunduğu plakatlar nümayiş etdirib, sloqanlar səsləndiriblər.