Rusiyada koronavirus daha 456 nəfərin həyatına son qoydu

Rusiyada son sutka ərzində koronavirusa 19 290 yeni yoluxma halı qeydə alınıb.
Rusiya KİV-i bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 738 690 nəfərə çatıb.
Rusiyada bir gündə həm də 456 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 69 918 nəfər olub.
İndiyədək 3 150 763 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: