Putin Rusiya ilə ABŞ arasında silah sazişinin uzadılmasına dair fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə ABŞ arasında Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin 5 fevral 2026-cı il tarixinə qədər uzadılması barədə fərman imzalayıb.
APA xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
“Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında 2010-cu il 8 aprel tarixli Müqavilənin uzadılması barədə Saziş (bundan sonra Müqavilə) 2021-ci il 26 yanvar tarixində Rusiya ilə ABŞ arasında not mübadiləsi şəklində Federal qanunla təsdiqlənib”, - sənəddə belə deyilir.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: